Yuxarı

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olub.

Kult.az xəbər verir ki, "Şərq-Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Xalq yazıçısı Elmira Axundova kitab haqqında ətraflı məlumat verib:

“Leyla xanımın kitabları zövqlü, fəlsəfi və dərin mənalı kitablardır. Burada fərqli cəhət var. Kitabda Leyla xanımın şeirləri yer alıb. Leyla xanım öz üzərinə böyük məsuliyyət götürüb. O, dahi babası və atası kimi Azərbaycan üçün böyük işlər görür. Leyla xanım çox istedadlı və yaradıcı insandır”.

Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi rəsmlər barədə danışıb. Bildirib ki, hər yaradıcı insanın rəsmlərində öz səsi var. “O səsi Leyla Əliyevanın əsərlərində hiss etmək olar. O, rəsmlərində iki minimal rənglərdən istifadə edir və onların vasitəsilə tamaşaçıya öz fikrini çatdırır”, - deyə A.Hüseynov qeyd edib.

“Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova qeyd edib ki, kitabın adının “Sevgi” olması heç də təsadüfi deyil: “Çünki Leyla Əliyeva yaratdığı hər bir şeyə öz sevgisini qatır. Nəşrdə, həmçinin Leyla xanımın şəxsən özü hazırladığı şirniyyatların reseptləri yer alıb”.

Təqdimatda, eyni zamanda, Leyla Əliyevanın rəsm əsərlərindən ibarət olan kataloq təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Leyla Əliyevanın “Sevgi” kitabında yer alan reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalarla müşayiət olunub. Bu nəşr Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub. “Sevgi” kitabı Azərbaycan, türk, ingilis və rus dillərindədir.

Tarix
2023.11.15 / 18:30
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla