Yuxarı

Abdullayevin əsərlərinə "zibil" dedi, AYB bəyanat yaydı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullayevin əsərlərinə "zibil" dedi, AYB bəyanat yaydı - Video

Noyabrın 13-də ATV kanalında yayımlanan "Xəbərin olsun" verilişinin aparıcısı Kubra Məhərrəmovanın xalq yazıçısı Çingiz Abdullayevin əsərləri haqqında fikirləri səs-küyə səbəb olub.

Kult.az xəbər verir ki, aparıcı yazıçının əsərlərini "zir-zibil" adlandırıb.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb. Bəyanatda deyilir:

“Bu il noyabrın 13-də ATV-nin “Xəbərin olsun” verilişinin canlı yayımında məşhur yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev aparıcı Kubra Məhərrəmova tərəfindən təhqir olunub. Onun sözlərini təkrar etməyi ayıb sayırıq. Hesab edirik ki, məlum telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Azərbaycan Respublikası Audiovizual Şurası da öz növbəsində bu süjetə münasibət bildirməlidir.

Təəssüflə qeyd edirik ki, uzun illərdir (son illər isə xüsusən) AYB yetkililəri, ölkə ziyalıları sosial şəbəkələrdə təhqirlərə, şantajlara, yersiz hücumlara məruz qalırlar və bu zərərli tendensiya media subyektlərinə də sirayət edir. Belə güman edirik ki, bu adamların arxasında Azərbaycana düşmən qüvvələr dayanır və onların məqsədi ictimai rəyi, şüuru formalaşdıran, dövlət və milli maraqları müdafiə edən aydınları gözdən salmaqdır.

Belə hallar yolverilməzdir və buna yüksək səviyyədə münasibət bildiriləcəyinə ümid edirik”.

Tarix
2023.11.17 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla