Yuxarı

Hollivud ulduzu Axar.az-a danışdı – Eksklüziv

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hollivud ulduzu Axar.az-a danışdı – Eksklüziv

Tanınmış Hollivud prodüseri və aktyoru Ceyms Trauksun Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:

- Necə oldu ki, prodüserlik sahəsini seçdiniz?

- Kinematoqrafiya məktəbində təhsil alarkən hansı sahədə daha yaxşı olduğunu müəyyən edirsən və karyeranı o istiqamətdə götürürsən. Demək olar ki, məndə də hər şey belə baş verdi.

- Film prodüserliyi sahəsində uğur qazanmaq üçün nə etmək lazımdır?

- Bu sahədə həm xeyli diqqətli olmalı, həm də necə istehsal etməli olduğun haqda özünə çərçivələr qurmalısan.

- Ən çox arzuladığınız iş hansıdır?

- Ssenaristlik. Ssenari müəllifi olmaq həmişə diqqətimi cəlb edib və bu istiqamətdə özümü çox yoxlamışam.

- Məktəb, təhsil dövrü sizə həyat təcrübəsi qazandırıbmı?

- Düzü, insan ibtidai məktəb vaxtı heç bir dərs götürmür (gülür). Məncə, böyük prodüser və kinorejissorlar son siniflərdə özləri və yaradıcılıqları üçün nəsə mənimsəyir.

- Bu sahədə təhsil alan tələbələrə hansı tövsiyələriniz var?

- Təhsil aldığınız zaman sizə məhdud resurs və avadanlıqlarla tapşırılan layihələrdən daha böyükləri üzərində işləyin.

- Film istehsal etmək kənardan çətin görünür...

- Əlbəttə, bu sahə olduqca çətindir və böyük zəhmət tələb edir.

- Yaradıcılığınızdan danışaq bir az. Müəllifi olduğunuz məşhur filmlər var. Hansı filminizi daha çox bəyənirsiniz?

- "Xatirələr okeanı" filmimi daha çox xoşlayıram. Bu, dramatik qısametrajlı filmdir.

Tarix
2016.01.26 / 09:21
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla