Yuxarı

31 il öncə Ağdamda basdırılan dəhşətlidir… - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
31 il öncə Ağdamda basdırılan dəhşətlidir… - Video

İşğaldan azad edilən ərazilərdə qazıntılar, tapılanlar dəhşətdir: əli-qolu bağlı, azyaşlıların da olduğu kütləvi məzarlıqlar, uşaq bağçasının zirzəmisi də daxil olmaqla, gizlədilən cəbbəxanalar, başdan-başa torpaq altına döşənən minalar...

Ermənilərin 30 il ərzində işğal etdikləri ərazilərə “əkdikləri” budur: ölüm, qan, qətliam, silah, mina... Dağılan, məhv edilən şəhərlər, kəndlər, qəbiristanlıqlar...

Bir də azərbaycanlıların basdırdıqları var və ötən gün yayılan videonu həyəcansız izləmək olmur: yağla dolu balonlar, ərzaq... 31 il öncə ermənilərin işğalı ilə evini-eşiyini tərk etməyə məcbur olan insanların son anda azuqələrini torpağa əmanət etməsi, özü ilə götürə bilmədiyini yerə basdırması çox təsiredicidir.

Hər kəs evindən çıxanda mütləq geri qayıdacağını düşünüb; o vurhavurda evinin qapısını bağlayıb, açarını özü ilə götürənlər də az olmayıb.

Qısa zamanda öz evinə qayıdacağını düşünənlər tam 30 il gözləməyə məcbur oldular. Gözləyə bildilərmi? Nə qədər insan yurdundan, yuvasından, ev-eşiyindən kənarda dünyasını dəyişdi? Neçəsi həsrətlə bu dünyadan köçdü?

Bir saata boşaldılan şəhərləri 30 ildən sonra azad edə bildik, ancaq 3 ildən çoxdur qayıda bilmirik: çünki yoxdur o evlər, ermənilər o kəndlərin daşını, çınqılını da yeyiblər.

O torpaq altına basdırılan və indi üzə çıxanlar isə - Ümid idi, sarsılmaz İnam idi.

Bu Ümidlə 30 il gözlədik, bu İnamla 44 günə qalib gəldik. Ümid və İnamın doğurduğu Sevinclə Qarabağ yenidən dirilir.

Sayılı gün tez keçər – 2026-ya çox qalmadı...

Tarix
2024.02.28 / 15:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla