Yuxarı

Müğənninin atasını Oskar da xoşbəxt etmədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənninin atasını Oskar da xoşbəxt etmədi

2011-ci ildə vəfat edən əfsanə musiqiçi Emi Uaynhausun həyatından bəhs edən "Emi" sənədli filminin Oskardan mükafatla qayıtması belə sənətçinin atasını xoşbəxt etməyib.

Axar.az xəbər verir ki, Eminin atası Miç Uaynhaus sənədli filmin rejissoru Asif Kapadianı hamını aldatmaqda günahlandırıb.

Sənədli filmin hazırlıq dövründə də qızı ilə olan münasibətləri olduğu kimi ekranlara gətirən sənədli filmin yayımlanmasına mane olmaq üçün çox cəhd edən Miç Uaynhaus şəxsi Tvitter hesabından açıqlama verərək filmin Oskar almasının onun filmə münasibətini dəyişdirmədiyini yazıb.

"Həmişə qızımla fəxr edirəm. "Emi" Oskar almasaydı belə. Filmin Oskar alması ona münasibətimi dəyişdirmir. Sadəcə, Asif Kapadia... Asif. O, hamını aldadır".

Xatırladaq ki, Miç Uaynhaus qızı reabilitasiya mərkəzində yatarkən onun yanına çəkiliş qrupuyla gedib və onu pərəstişkarları ilə danışmağa məcbur edərək çəkib. Rejissorun bu görüntünü sənədli filmə salması isə atanın etirazlarına səbəb olub.

Tarix
2016.03.02 / 16:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla