Yuxarı

Nazir xalq şairindən danışdı – Gecə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir xalq şairindən danışdı – Gecə

Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş "Zəlimxan özü var xatirələrdə" mövzusunda ədəbi-bədii gecə keçirilib.

Axar.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq şairi Zəlimxan Yaqubun kitablarından ibarət sərgi ilə tanış olublar. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev şairin yaradıcılığından söhbət açıb:

"Zəlimxan Yaqub öz yaradıcılığı ilə Azərbaycan dilinin və bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Şair xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub. O, ilk qələm təcrübəsindən ömrünün sonunadək nə yazıbsa, xalq tərəfindən bəyənilib. Onun poeziyası insanlara yaşamaq eşqi, dünyaya, həyata sevgi bəxş edib. Hər zaman xalqının yanında olmağı bacaran şairə olan millət sevgisi də tükənməz olub. Məhz bu sevginin göstəricisidir ki, ədib müstəqil Azərbaycanın bir çox fəxri adlarına layiq görülüb, iki çağırış Azərbaycanın Milli Məclisinin deputatı seçilib. Zəlimxan Yaqub, eyni zamanda, türk dünyasının böyük şairidir və türk dünyasının hər yerində sevilir. O, bir çox xarici ölkələrdə keçirilən ədəbi məclislərdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edirdi. Görkəmli sənətkarın Azərbaycan Aşıqlar Birliyinin sədri kimi aşıq sənətinin inkişafında da çox böyük töhfələri olub".

Gecədə ədibin sağlığında çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib, qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Aşıqların, incəsənət ustalarının ifasında şairin sözləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.

Tarix
2016.03.04 / 14:49
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla