Yuxarı

Bu şəxs Mirzə Babayevin adı ilə dələduzluq edir - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxs Mirzə Babayevin adı ilə dələduzluq edir - Foto

Mərhum xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev sosial şəbəkə vasitəsilə ictimaiyyətə müraciət edib.

Kult.az xəbər verir ki, E.Babayev tanımadıqları şəxsin babasının adından istifadə edərək, dələduzluqla məşğul olduğunu bildirib.

“Artıq bir neçə ildir, aşağıdakı şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək, insanlardan müxtəlif formalarda yararlanır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyinin hesabını ödəyir və s. Təəssüf ki, bu məlumatlar mənə gec çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə srağagün “20 Yanvar”dakı “Bravo”da tanış bir xanımla şəkil çəkdirib. Adam özü ilə Mirzə Babayevin şəkilini gəzdirir, sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki, Mirzə Babayeva oxşasın. Onu görən olsa, xahiş edirəm, hansısa bəhanə ilə ya onun nömrəsini öyrənsin, ya da səhərisi gün eyni yerdə görüş təyin edib, mənə məlumat versin”, - o qeyd edib.

Tarix
2024.08.27 / 13:25
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla