Yuxarı

Nurlana Cəfərova yüksək vəzifəyə təyin olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurlana Cəfərova yüksək vəzifəyə təyin olundu

Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri dəyişib.

Bu barədə Kult.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətimizin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova təyin olunub.

Məlumat üçün qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televiziyada aparıcı vəzifəsində çalışıb.

Digər dəyişikliyə görə isə İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də Avroviziya layihəsi üzrə Şirkətin Baş Direktorunun müşaviri vəzifəsini icra edəcək.

Tarix
2024.10.01 / 19:08
Müəllif
Kult.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla