Yuxarı

Xoşqədəmlə Zaur bu xalqa nə edirsə, əcəb edir - Xalq artisti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xoşqədəmlə Zaur bu xalqa nə edirsə, əcəb edir - Xalq artisti

Reklamların günümüzün reallığının ayrılmaz hissəsinə çevrildiyi hər kəsə məlumdur. Əgər bir məhsulun satışını həyata keçirmək istəyiriksə, ən birinci ağıla reklam gəlir. Bu gün istər sosial şəbəkələrdə, istərsə də televiziyada saysız-hesabsız reklam var.

Bəs bu reklamlar nə dərəcədə uğurludur?

Kult.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan xalq artisti Əbdül Mahmudbəyov bildirib ki, əsas məsələ reklamın süjetidir.

Onun sözlərinə görə, bəzi firmalar “əsas reklam olsun” deyib, kim gəldi, necə gəldi reklamlarını həvalə edirlər. Bu isə gülünc vəziyyətin ortaya çıxmasına səbəb olur:

“Bu gün bizim reklamlarımız biabırçı durumdadır. Hamınızın yerli telekanallarda gündə 10 dəfə gördüyü “Metak” borularının reklamına diqqət çəkmək istəyirəm. O reklamı çəkənlər də, telekanalında yayımlayanlar da Azərbaycan xalqını təhqir edirlər. Azərbaycan xalqının milli qəhrəmanı, Şirin üçün dağları dələn Fərhadı tumanını darta-darta, corabını cıraraq reklam obrazı ediblər. Bu reklamı çəkənlər bizim dəyərlərimizi təhqir edirlər.

Sən demə, o boyda əsər, tariximiz, Nizaminin, Füzulinin qəhrəmanı şlanq reklamı üçünmüş... Biabırçılıqdır...

Millət öz dəyərini, tarixini şlanq reklamlarına, lazımsız sosial verilişlərə qurban verir”.

Sənətçi tənqidi fikirlərini belə davam etdirib:

“Yerli telekanallara nəzarət edən qurum xalqın mənəviyyatını, əxlaqını korlayanları cəzalandırmalıdır. Millətin şuüru korlanır, gənc nəslin mənəviyyatı məhv olur, heç kəs səsini çıxarmır.

Bunların nəticəsində Elgizlər, Xoşqədəmlər, Zaurlar ən reytinqli verilişlərin sahibi olurlar. Elə bu xalqa əcəb edirlər, onları öpürəm. Bu xalqa nə edirlərsə, düz edirlər!”

Tarix
2024.10.09 / 17:22
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla