Yuxarı

Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəribədir, Azərbaycanda dünya iqlim sammiti - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransı keçirilir, ancaq Avropada bəziləri məhz bu tədbir boyunca Bakıya qarşı “qeyri-ekoloji” – yəni ekologiyaya, ətraf mühitə heç bir aidiyyəti olmayan hücum təşkil edirlər.

İndi də estafet “məşhur isveçli ekoloji fəal” kimi təqdim edilən Qreta Tunberqə verilib: O, Tiflisdə Azərbaycana qarşı aksiya keçirdikdən sonra İrəvana gedib, ötən gün orada “Azərbaycanın təcavüzünün insan hüquqlarına və ətraf mühitin mühafizəsinə təsiri” mövzusundakı forumda iştirak edib. Bunun ardınca isə qondarma “erməni soyqırımı” memorialı önündə şəkil çəkdirib.

Bəllidir ki, bu Tunberq hansı pullarla Avropadan Tiflisə və oradan da İrəvana gedir; bəllidir ölkələri basa-basa “burnumuzun ucuna” qədər hansı maliyyə ilə gəlib; bəllidir onun arxasında duran güclər və onların pis niyyəti – ona görə Azərbaycanın 17 min kv.km ərazisi işğal olunanda, evlər, mülklər, obyektlər darmadağın edilib, viranəyə çevriləndə, min kv.km-lərlə yaşıllıq məhv ediləndə, böyük bir ərazi səhralığa çevriləndə bu ekofəalın harda olması, niyə səs çıxartmadığı haqda qətiyyən sual vermək niyyətində deyiləm.

Məni sadəcə, iki məsələ maraqlandırır. Əvvəla, motiv, aksiyanın hədəfi, məkanı, ikincisi, Tiflisdə ona “maskalanaraq” dəstək verən Vəfa Nağı...

İkincidən başlayaq: Vəfa Nağı Tiflisdə aksiyaya qoşulur - əcəb edir, hər kəs fikrini ifadə etməkdə azaddır. Yaxşı, Vəfa Nağı niyə Tiflisdə "We - azerbaijan is stand with karabakh armenia" ("Biz, azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq") şüarını qaldırır?

Heç onu da sual etməyəcəyəm ki, “ermənilərin yanındakı” “siz azərbaycanlılar” kimlərsiniz? Əgər hansısa azərbaycanlı Xocalıda Vəfa Nağı yaşda, ancaq “o başda” və o boyda olmayan 1200 qız-gəlini əsir aparıb, səhərisi gün azərbaycanlıları “üzəçıxdıya” çağıran, körpələri qətlə yetirən, bir milyon insanı onillərdir didərgin salan, hətta “dünən” - İkinci Qarabağ savaşında gecə ikən müharibə ərazisindən 100 km kənarda olan şəhərlərimizi vurub, dinc insanları öldürən ermənilərin əməllərini “unudub”, onların yanında olmaq istəyirsə, getsin, hətta arzulayırsa, “erməni soyqırımı” abidəsi önündə dizini yerə atsın.

Ancaq anlamıram, ermənilərin yanında olmaq üçün Vəfa Nağı və Tunberq niyə COP29-u gözləyirdi ki? Niyə Bakıda keçirilən iqlim sammiti Azərbaycana qarşı “ermənilərin yanında olmaq aksiyalarına” çevrilməlidir?

Tunberqın dalında duranlar hansı məntiqlə bu zamanlamanı aparıblar?

Məkana qayıdaq: Avropada Azərbaycana qarşı aksiya keçirməklə Tiflisdə keçirməyin bir fərqi varmı? İtin karvana 3 min, yainki 1 min km-dan hürməsi nəyi dəyişir? Onsuz da o aksiyada iki cüt, bir Nağı adam var – bəlkə, Avropada Azərbaycana qarşı yallandırılanlar daha çox olardı, elə ordan qaldırırdınız da plakatınızı!
Sonra Tunberqin İrəvana getməsi və “erməni soyqırımı” abidəsi önündə dizini yerə atması...

Get bir ağacın başına dolan, başı kəsik gözəl kötüyün üstündə ağı de – biz də dəminə züy verək! Sən ekofəalsan, yoxsa erməni yalanlarını yalayan?

İnsanlar özlərini bu qədər ifşa etməməlidir; dünya özünü bu qədər iyrənc təqdimatdan çəkinməlidir!
Qəribədir: Bütün maskalar düşüb, hər kəs açıq və həyasızca oynayır, qırmızıcasına üzə deyirlər ki, bax, ermənilərdən pul alıb, bu aksiyanı keçirib, “erməni qoyqırımı”na da baş əyirəm!

Bəs, yaxşı, Vəfa Nağı niyə maskalanır ki?

Kimsə ona niyə demir ki, CO olmağına CO-dur, amma ...VİD19 deyil, ..P29-dur!

Tarix
2024.11.15 / 07:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla