Yuxarı

Bu məşhurlar “xalq artisti” adını itirə bilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məşhurlar “xalq artisti” adını itirə bilər

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə mübahisəsindən sonra başladılan məhkəmə prosesi onunla bağlı bəzi məsələləri gündəmə gətirib.

Hazırda məhkəmə prosesi davam edir. Lakin sosial şəbəkələrdə aparılan müzakirələrdə diqqətçəkən məqam, proses fonunda müğənninin “xalq artisti” titulunun ondan alınması təklifidir.

Belə bir şey mümkündürmü? Ümumiyyətlə sənət adamlarından hansı halda “xalq artisti” titulu alına bilər?

Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, cinayət törədən şəxslərin titulu əlindən alına bilər. Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 15-ci bəndinə əsasən fəxri ada layiq görülmüş şəxslərdən bu titullar aşağıdakı hallarda alına bilər:

1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda – həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;

2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə - fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir”.

Tarix
2024.11.30 / 12:50
Müəllif
Kult.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla