Yuxarı

Nazirliyin sabiq əməkdaşı ABŞ-da diaspor təşkilatı yaratdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin sabiq əməkdaşı ABŞ-da diaspor təşkilatı yaratdı

ABŞ-ın Kolorado ştatında yaşayan soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıb.

Kult.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, "Koloradoda Azərbaycan Diasporu” adlanan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyevadır.

Təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.

Kolorado azərbaycanlılarının ABŞ-da yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.

Qeyd edək ki, N.Şıxsəfiyeva bir müddət Ədliyyə Nazirliyində işləyib. O, nazirliyin mətbuat xidmətində çalışıb. Nazirlikdən ayrıldıqdan qısa müddət sonra isə fəaliyyətini Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində davam etdirib. Amma ailə həyatı qurması ilə əlaqədar ABŞ-a köçdüyü üçün öz ərizəsi ilə işdən çıxıb. N.Şıxsəfiyeva həmçinin hazırda Baku TV-nin Amerikada xüsusi müxbiri vəzifəsində çalışır.

Tarix
2024.12.06 / 14:29
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla