Yuxarı

Floranın iddiası: Türkiyə prokurorluğu hərəkətə keçdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Floranın iddiası: Türkiyə prokurorluğu hərəkətə keçdi

Türkiyənin Baş Prokurorluğu xalq artisti Flora Kərimovanın iddiasını icraata götürüb.

Kult.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında paylaşım edib.

“Azərbaycanın canlı əfsanəsi Flora Kərimova ixtisasca nevroloq olan, lakin plastik cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir. Flora Kərimova həm bir sənətkar, həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik cərrah sertifikatını necə əldə etdiyini araşdırmağa başlayəb və bu yol Türkiyəyə uzanıb. Araşdırmalar zamanı məlum olub ki, Sevinc Heydərovaya Türkiyədə cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Mehmet Bozqurd tərəfindən təqdim edilib. Məhz bu sənədlər əsasında Sevinc Heydərovanın Azərbaycan Səhiyyə Nazirliyini aldadaraq, sertifikat aldığı iddia olunur. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq, hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib. Türkiyə hüquq sistemi ədaləti ilə tanınır və orada şəxsi əlaqələr və tanışlıqlar hüquqi proseslərə təsir etmir. Xatırlayırsınızsa, professor Mehmet Bozqurd mənə verdiyi açıqlamada sənədlərdəki imzanın ona aid olmadığını və imzanın Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu açıqlamadan sonra Sevinc xanım maraqlı bir bəyanat vermişdi. Guya mən Mehmet Bozqurdu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub. Onları dinləyək, çünki bu hekayə bitməyib", - paylaşımda qeyd olunub.

Tarix
2025.01.15 / 10:55
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla