Yuxarı

Atası Çimnazın ölümündən danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atası Çimnazın ölümündən danışdı

Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümündən danışıb.

Kult.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişinə açıqlama verib:

“Anası rəhmətə getdi, ağlaya bilmirdi, stres keçirirdi. Sentyabrın 25-də anası öldü, oktyabrda ağrıları başladı. Anasının 40 mərasiminə 1 həftə qalmış pisləşdi. Mənə zəng etdi ki, ata, gəl. Getdim, dedi ki, ölürəm, apar məni həkimə. Mədə, bağırsaq keçməzliyi yarandı. Bunu düzüb-qoşduq, gəldi evə, bizimlə otururdu. Həkimə dedim ki, nə zaman sağalacaq? Dedi, ay yarıma. 21-ci gündə zəng gəldi, həkim dedi, gəl. Mənə dedi ki, ata, depozit istədilər. Apardım depoziti qoydum. Deyirəm, axı həkimlər deyirdi 2 ay keçməlidir, 21 gün tezdir. 7 saat əməliyyat keçdi. Bir gün keçdi, yenə çağırdılar ki, vəziyyəti pisdir. Cərrahlar baxanda deyirdi ki, 21 gün tezdir, 2 ay keçməlidir. Bunu saldılar kritik ölümə. Günü-gündən psiləşdi. Ayaqları tutuldu, gəzə bilmədi. Həkim deyir, ölümdən qurtarmışıq. Deyirəm, qızım ayaqları ilə xəstəxanaya gəlib, siz ölümə salmısınız. Heç vaxt təzyiqi yox idi, təzyiqini qaldırdılar. Səhər getmişdim yanına, deyirdi, sıyıq, kəsmik yemişəm”.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən 45 yaşında vəfat edib.

Tarix
2025.01.17 / 20:46
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla