Yuxarı

İlyas İsmayılov komaya düşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlyas İsmayılov komaya düşdü

Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib.

Kult.az xəbər verir ki, bunu Teleqraf.com-a Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov deyib.

“İlyas müəllimin səhhətində geriləmə olduğu üçün palatadan yenidən reanimasiya şöbəsinə qaytarılıb. Vəziyyəti ağırdır”, - deyə şöbə müdiri qeyd edib.

Sabiq baş prokurorun yaxınları isə İlyas İsmayılovun komaya düşdüyünü deyirlər.

Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.

İlyas İsmayılov İlyas 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Tarix
2025.01.21 / 17:18
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla