Yuxarı

Türklər azərbaycanlılara aktyorluğu öyrədir - Layihə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklər azərbaycanlılara aktyorluğu öyrədir - Layihə

Birgə layihə əsasında ərsəyə gətirəcəyimiz ilk film "Dar küçələr" adlanır. Çəkilişlərə mart ayında start veriləcək.

Kult.az xəbər verir ki, bu sözləri DEVİN media şirkətinin təsisçisi Attila Ulusal Akademik Milli Dram Teatrında keçirilən mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu, aktyorluğu öyrənən azərbaycanlı tələbələrin formalaşması məqsədilə ərsəyə gətirdiyimiz layihədir. Çəkilişlər Azərbaycanda yerli aktyorlarla olacaq. Bunu bir ailə hekayəsi adlandıra bilərik", - o əlavə edib.

Şirkətin baş koordinatoru Rəcəb Katı isə bildirib ki, hazırda əsas məqsəd azərbaycanlı tələbə-aktyorları yetişdirməkdir:

“Bəhs etdiyimiz layihələr sadəcə bir serial deyil. Ona görə də əsla səhv etmək istəmirik. Lazımi qədər təcrübə əldə etdikdən sonra Azərbaycan həqiqətlərini buranın öz vətəndaşları ilə dünyaya eşitdirmək istəyirik. Türkiyədən aktyor da gətirə bilərik, amma layihələrimizi ön plana çıxaranda onların rolu ilə buna nail olmaq istəmirik. Gələcəkdə ehtiyac olarsa, Türkiyənin məşhur simalarına müraciət edəcəyik”.

Şirkət nümayəndələri əsas serial layihəsinin çəkilişlərinə iyun ayında başlayacaqlarını bildirdilər.

Tarix
2025.01.22 / 23:58
Müəllif
Aytac Araz
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla