Yuxarı

Türkiyənin bu jurnalı AYB-də təqdim edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin bu jurnalı AYB-də təqdim edildi - Foto

Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyində Türkiyənin "Gənc ürəklər" jurnalının Azərbaycan ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə "Gənc ürəklər" jurnalının şöbə müdiri Cem Arslan da iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qonağı və tədbir iştirakçılarını salamlayıb.

"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində "Gənc ürəklər" jurnalının dekabr-yanvar-fevral sayında da "Ulduz" jurnalının təqdimatı ilə Azərbaycan ədəbiyyatına yer ayrılıb.

Jurnalların may ayında təşkil ediləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdimatının keçiriləcəyini bildirən Qulu Ağsəs bu layihəni başqa türksoylu ölkələrlə həyata keçirmək üçün danışıqlar apardıqlarını da diqqətə çatdırıb.

Tarix
2025.01.27 / 18:05
Müəllif
Kult.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla