Yuxarı

Qızılbaş ordusunun qorxulu döyüşçüsü - Baba Xəlifə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaramanlılar Qaraqoyunlu tayfa ittifaqını təşkil edənlərdən biri olublar. Öncə müstəqil olan bu türk elinin Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində rolu olub. Qaraqoyunluların süqutundan sonra onlar Ağqoyunlu tayfa ittifaqına, daha sonra isə Qızılbaş tayfa ittifaqına qoşulurlar. Qaramanlı tayfasının üzvləri bir müddət Gəncə-Qarabağ bəylərbəyliyini idarə ediblər.

Qaramanlı elində yüzlərlə, minlərlə qəhrəman döyüşçü və şəxsiyyət yetişib. Onlardan biri də Qızılbaş ordusunda Baba Xəlifə Qaramanlı adı ilə tanınan qeyri-adi döyüşçü idi.

Osmanlı, Qızılbaş və digər Şərq ordularında onu üç adla tanıyırdılar:

1. Kəlbəli (Həzrət Əlinin qulu) - bu adı fövqəlbəşəri gücünə görə almışdı. Döyüş zamanı hər kəs deyirdi: Kəlbəli əli ilə top güllələri ata bilir. Döyüşçülər iddia edirdilər ki, Kəlbəli süvarinin üstünə qaçırsa, düşmənlə bərabər at da qorxusundan ölür.

2) Xəlifə Əbül-Qazi (döyüşçülərin rəhbəri). Onu belə adlandırıblar, ona görə ki, o öz tayfasının başçısı olmasına baxmayaraq, heç vaxt sıravi döyüşçüləri tərk etməyib, onlarla müharibənin bütün çətinliklərini bərabər bölüşürdü: onların çadırında yatırdı, yeməklərini yeyirdi və s. Döyüşçülər onu çox sevirdilər və onu sona qədər izləməyə hazır idilər.

3. Dəli Baba. Döyüş meydanında qorxmazlığına, basqınlarına heyran qalan osmanlılar, Krım tatarları, ləzgilər, şirvanlılar arasında onun adı belə çəkilir.

Baba Xəlifə Qaramanlı tayfasının əmiri, şaha son dərəcə sadiq biri olsa da, Şah Təhmasibin sarayında yüksək vəzifəyə nail ola bilməyib. Ona görə ki, o, buna can atmayıb. Məclislərdə çox sakit, təvazökar, nadir halda danışan bir insan idi.

Döyüş zamanı əsl dəli qızılbaş olurdu. O, hər cür zirehi xor saydığı üçün həmişə əlində döyüş baltası, sinəsi açıq döyüş meydanına çıxırdı.

1578-ci ilin noyabrın 28-i Ağsu çayı sahilində Mollahəsənli adlanan ərazidə Osmanlı imperiyasının vassalı olan Krım xanlığı qoşunları ilə Səfəvi ordusu arasında baş vermiş döyüşdə Krım xanı I Dövlət Gərayın oğlu Baba Xəlifə Qaramanlının başçılıq etdiyi dəstə tərəfindən məğlub edilir və nizə ilə onu atdan salan Baba onu öldürmək istəsə də, sonradan fikrindən daşınıb əsir götürür.

“Gəlirəm, Ya Heydər!”, “Gəlirəm, ey Allahın Aslanı” hayqıran zaman qarşı tərəfdə hamı qaçırdı.

Osmanlı ordusu ilə döyüşdə - bir neçə min yeniçəriyə qarşı 100 qızılbaş döyüşçü ilə son nəfəsinə qədər döyüşüb, 20-dən çox ox və qılınc zərbəsindən ölmüşdür.

Tarix
2025.02.07 / 07:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla