Yuxarı

Müstəqillik qazandıq, xoşbəxtəm, ancaq şoulaşma başladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müstəqillik qazandıq, xoşbəxtəm, ancaq şoulaşma başladı

Mən sovet sistemində formalaşmış adamam. O dövrü tamamilə pisləmək istəmirəm, sovet sisteminin yaxşı tərəfləri də vardı. Xüsusilə, ədəbiyyata münasibət təzadlı idi. Bir yandan yazıçıları təqib edib, repressiyalara məruz qoymuşdular, digər tərəfdən ədəbiyyata maraq vardı. Qəzetləri, jurnalları təbliğ edirdilər, oxudurdular. Hazırda o maraq yoxdur.

Kult.az xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, yazıçı Anar Teleqraf-a müsahibəsində deyib.

“O zaman düşünürdük ki, bu sistem pisdir, Qərbin demokratik sistemi daha yaxşıdır, kaş bizim ölkədə də elə olsun. Biz müstəqillik qazandıq və bu çox böyük nailiyyətdir. Xoşbəxtəm ki, bu sistemi də gördüm. Amma müstəqilliklə bərabər tək bizə yox, digər ölkələrə də bazar iqtisadiyyatı gəldi. Kapitalizm qanunları gəldi, təəssüf ki… Kapitalizm sistemi də bəzi ölkələrdə mədəniyyəti boğur, şouya çevirir. Necə ki, bizdə də gözümüzün qabağında ciddi ədəbiyyat, musiqi, teatr televiziya şoularına çevrilir. İnternetin əmələ gəlməsi... İnternet bir yandan çox böyük tarixi-elmi ixtiradır, digər tərəfdən də məsuliyyətsizlik meydançasıdır. Kim nə istəyir, ağzına gələni deyə bilər, amma heç bir məsuliyyət daşımır”, - Anar bildirib.

Tarix
2025.03.14 / 16:06
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla