Yuxarı

Bu sənət adamları təltif edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sənət adamları təltif edildi

Mədəniyyət Nazirliyində xalq artistləri – tarzən Möhlət Müslümov, opera müğənnisi Azər Zeynalov, xalq rəssamı Aydın Rəcəbov, əməkdar rəssam Tahir Məmmədov və şair, folklorşünas, əməkdar jurnalist Adil Cəmil ilə görüş keçirilib.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimli Novruz bayramı münasibətilə onlara təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Bildirib ki, görüşdə iştirak edən mədəniyyət xadimlərinin hər biri müvafiq sahələr üzrə ölkəmizdə və xaricdə yaxşı tanınır və Azərbaycan mədəniyyətini layiqincə təmsil edirlər.

Nazir Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaradıcı insanların əməyinin daim yüksək qiymətləndirildiyini, yüksək dövlət təltiflərinə layiq görüldüklərini deyib.

Adil Kərimli mədəniyyətimizin sayılıb-seçilən imzalarından olan bu insanların fəaliyyətinin Mədəniyyət Nazirliyi tərəfindən də təqdir edildiyini bildirib, onların Fəxri diplomla təltif olunduqlarını diqqətə çatdırıb.

Sonra nazirliyin Fəxri diplomları sahiblərinə təqdim olunub.

Təltif edilən şəxslər fəaliyyətlərinə verilən qiymətə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Tarix
2025.03.19 / 19:55
Müəllif
Kult.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla