Yuxarı

Türk bloger Bakıdan İrəvana getdi və “Qarabağ” oxudu - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk bloger Bakıdan İrəvana getdi və “Qarabağ” oxudu - Video

Azərbaycanda yaşayan türk bloger Ogün Özdəmir İrəvana səfər edib.

Kult.az xəbər verir ki, bloger sosial şəbəkədə yaydığı videoda Bakıdan Qazaxa avtobusla getdiyini, Qırmızı Körpüdən Gürcüstana keçdiyini və buradan Ermənistana yollandığını bildirir.

O vurğulayıb ki, ermənilər avtobusda qondarma “erməni soyqırımı”na, Türkiyənin Ağrı dağına (ermənilər Ararat deyir) və Qarabağa həsr edilən hüznlü mahnılar, kliplər qoyur və turistləri bu mahnıları dinləməyə vadar edir.

Özdəmirin sözlərinə görə, erməni sərhədçilər türkcə bilirlər və ona giriş vizası üçün 30 min dram (təxminən 77 dollar) ödəməli olduğunu bildiriblər.

Türk bloger İrəvanın Respublika meydanında olub və burada “Anadır arzulara hər zaman, Qarabağ” mahnısını ifa edib.

Özdəmir həmçinin İrəvandan torpaq da gətirib və onu Qərbi Azərbaycandan olan dostlarına, həmçinin tanınmış bloger Kamran Razmovara hədiyyə edib.

Qeyd edək ki, İrəvanın mərkəzi meydanında Güney azərbaycanlıların “Qarabağ” ifası Ermənistanda panika ilə qarşılanmışdı.

Tarix
2025.03.26 / 15:52
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla