Yuxarı

Azərbaycanda aktyorlara hücum: Bığlarını qırxdılar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etirazlardan sonra “Ayıq sürücü” filmində dəyişikliklər edilib, ekran işindən Bakının Xəzər rayonu Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb.

Kult.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında filmin ssenaristi Əli Ucal deyib.

Onun sözlərinə görə, “Ayıq sürücü”nü çəkərkən kimisə təhqir etmək niyyətləri olmayıb, amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub.

Ə.Ucal bildirib ki, filmi ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşiblər:

“Ötən gün axşam saatlarında “Koroğlu” metrosunun qarşısında filmdə iştirak edən iki aktyora (Rasəf Mehdiyev və Səmimi Fərhad) hücum olub. Bir qrup şəxs onların yolunu kəsərək, filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. “Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmisiniz, buna görə cavab verəcəksiniz” – deyə təhdid ediblər. Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıb. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsizlik məqsədilə xarici görünüşlərini dəyişdiriblər – bığ və saqqallarını qırxıblar”.

Ə.Ucal söyləyib ki, hadisədən sonra yaradıcı heyət filmdə dəyişiklik etmək qərarına gəlib:

“Bu addım “Ayıq sürücü”də iştirak edən şəxslərin – ssenarist, rejissor və aktyorların həyatına yarana biləcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Nəticə olaraq, filmin ilkin versiyası Yutub platformasından silinib, Buzovna ilə bağlı səhnələr tamamilə çıxarılıb. Yeni versiyada hadisələr Azərbaycanda yox, uydurma bir planetdə baş verir. Buzovna qəsəbəsi isə mövcud olmayan, abstrakt bir yaşayış məntəqəsi ilə əvəzlənib”.

Ssenarist vurğulayıb ki, filmin yeni versiyasında bəzi səhnələrdə səslə bağlı xırda texniki qüsurlar mövcuddur:

“Bu nöqsanlar texniki səbəblərlə bağlıdır və yaradıcı heyətdən asılı deyil. Əminəm ki, dəyərli izləyicilərimiz bu cür halların bizdən qaynaqlanmadığını anlayırlar. Yenə də bizdən asılı olmayan səbəblərə görə üzr istəyirik”.

Xatırladaq ki, “Ayıq sürücü” filmində “Xala Buzovnada qalır” ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib. Sakinlər Buzovna qəsəbəsinin adının və küçənin filmdən çıxarılmasını tələb etdirdilər.

Tarix
2025.04.06 / 20:10
Müəllif
Kult.az
Digər xəbərlər

Fərzanə Sadiq 3 günlük Bakıya gəlir

Mən, Arutyunyan və Vardanyan buna qarşı idik... - Babayan

Ermənistan atəşkəsi buna görə pozur: 3 mərhələli plan

Britaniya səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

Primakov: Bakıdakı Rus Evi fəaliyyətini bərpa edəcək

Ermənilər mövqelərimizi belə atəşə tutdu - Video

İran Azərbaycana səfir təyin edəcək

Türkiyə Azərbaycana bu məhsulun ixracını dayandırdı

Mirziyayev Qafarovanı qəbul etdi

İranla sərhəddə, Arazın sahilində yol salınır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla