Yuxarı

“Uçan taksi”yə yardım: maşın alırlar, kreditini bağlayırlar – Kim edir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Uçan taksi”yə yardım: maşın alırlar, kreditini bağlayırlar – Kim edir?

Qəribə kampaniyadır: iki gündür sosial şəbəkələrdə bir orta yaşlı kişi Sabunçu xəstəxanasında müalicə olunan Anar Nəcəfov üçün yeni maşın alınacağı, kreditlərinin bağlanacağı, xərclərinin qarşılanacağını anons edir. Anar Nəcəfovun başıbağlı xanımını da efirə çıxarıblar, üzünü göstərmədən və o da minnətdarlığını bildirir, taksi sürücüsünün qıcolma keçirdiyini, buna görə ayağını qaz pedalında qaldığını və qəzanın da bu səbəbdən baş verdiyini deyir.

İsrarla bildirirlər ki, Anar Nəcəfov narkotik aludəçisi deyil, sadəcə, xəstədir.

Yəqin bildiniz söhbət kimdən gedir – 10 apreldə Heydər Əliyev prospektindəki körpüyə aşan “Bold” taksi sürücüsündən.

Adam epilepsiya xəstəsidirsə, necə taksi sürürmüş? Onun ayağında elektron qandalın əsl səbəbi nədir? Onun taksi kimi fəaliyyəti qanunvericiliyə uyğundurmu?

Kimsə/kimlərsə kiməsə yardım edirsə, etsin, burda qeyri-adi heç nə yoxdur, əksinə, savabdır, insanlıqdır! Sadəcə, o qəzadan sonra başlayan yardım kampaniyasının mahiyyəti nədir?

Bu ölkədə yardım ediləcək insanlar həddən artıq çoxdur: qazilər var – canını bu Vətən, bu ölkə, bu xalq üçün əsirgəməyiblər; şəhid ailələri var – bəziləri hazırda da sıxıntı içində yaşayır, bir çoxunun evindən yayılan görüntülər ürək dağlayır; alimlər var – mürəkkəbi şəhid qanı qədər dəyərli; ziyalılar var – heç nəyə baxmadan bu ölkənin tarixi, mədəniyyəti üçün əlindən gələni edir; ixtiraçılar var – ölkə üçün böyük işlər görə bilərlər...

Şəhid ailələri və qazilərə qısamüddətli yardım yalnız 44 günlük savaş və ondan sonrakı bir neçə ayda oldu: aradan keçən illərdə qazi, şəhid ailələri, veteranlarımız üçün davam edən bir kampaniya görmədik!

Bir ziyalının tarixi araşdırmasının çapı, yayılması, tərcüməsi, elə o alimin zəruri xərclərinin qarşılanması üçün hər hansı kampaniya da görmədik! Bu ölkənin pullu kişiləri – fərqi yoxdur, ölkə daxilində olsun, yaxud ölkədən kənarda – nədənsə yalnız “qolbaqgəzdirənlərə”, “sırğagəzdirənlərə” yardıma qaçır: fərqi yoxdur, o “qolbaq-sırğa” ayağa taxılan elektrondur, yoxsa buruna taxılan qızıl...

Tarix
2025.04.13 / 14:48
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla