Yuxarı

Mikayıl Müşfiqin Xatirə Muzeyi yararsız hala düşdü - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Müşfiqin Xatirə Muzeyi yararsız hala düşdü - Video

Bir neçə gün əvvəl yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən xatirə muzeyi yararsız hala düşüb.

Kult.az APA-ya istinadla xəbər verir ki, bunu şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bildirib.

O qeyd edib ki, xatirə muzeyi bir otaqdan ibarətdir, eksponatları yığmaq üçün yer yoxdur.

Məsələ ilə bağlı mədəniyyət nazirinin qəbulunda olduğunu qeyd edən Reyhan İsmayılzadəyə muzeydə təmir-bərpa işlərinin aparılacağı bildirilib.

Reyhan İsmayılzadənin sözlərinə görə, bir neçə gün əvvəl sel yenidən həyətdəki körpünü aparıb. O, şairin qohumu olaraq işçi kimi orda işləməyi təklif edib.

Sözügedən məsələ ilə bağlı Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən bildirilib ki, 2023-cü ildə körpü bir dəfə də dağılıb:

“Biz onu bərpa etdik. Bu dəfə körpünü və həyətdəki oturacaqları da dağıdıb. Binada və abidədə heç bir təhlükə yoxdur, sadəcə körpü dağılıb. Biz nə çatmırsa, yazıb Mədəniyyət Nazirliyinə vermişik, onlar da gəlib hələ körpü dağılmamışdan əvvəl ölçü götürüblər. Onların qərarlarını gözləyirik”.

Qeyd edək ki, Mikayıl Müşfiqin Xatirə Muzeyi 1988-ci ildə Müşfiqin 80 illik yubileyindən sonra Xızının Sayadlar kəndində yaradılıb.

Direktor İlhamə Hüseynova açıqlamasında Mikayıl Müşfiqin Xatirə Muzeyinin fəaliyyətini dayandırdığını bildirib.

Tarix
2025.04.23 / 17:56
Müəllif
Kult.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla