Yuxarı

İran televiziyasında birinci xəlifə təhqir edildi - Qalmaqal

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran televiziyasında birinci xəlifə təhqir edildi - Qalmaqal

İran televizyasının birinci kanalında müsəlmanların birinci xəlifəsi Əbu Bəkrin (Əbu Bəkr əs-Siddiq Abdullah ibn Əbu Quhafə Osman ibn Amir əl-Qüreyşi ət-Teymi) təhqir olunması ölkədə yaşayan sünni məzhəbli müsəlmanların etirazları ilə qarşılaşıb.

Kult.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, Əbu Bəkr aprelin 23-ü axşam saatlarında “Simaye xanevade” (Ailənin simasi) adlı verilişdə təhqir olunub, onun islam dünyasına mənsubluğu şübhə altına alınıb.

Bundan sonra sünni məzhəbli din xadimləri sosial media platformalarında paylaşım edərək, dövlət televizyasını müsəlmanlar arasında nifaq salmaqda günahlandırıblar.

Etiraz paylaşımları və bəyanatlarının artmasından sonra dövlət televizyası bəyanat yayaraq, hadisəni “bağışlanılmaz və şübhəli” adlandırıb, sünnilərdən üzr istəyib və televiziyanın bölmə rəisi və aparıcının işdən çıxarıldığını elan edib.

Dövlət televizyası bununla yanaşı verilişin bütün platformalardan silindiyini, verilişin hazırlanması və yayılmasında əməyi olan daha 8 nəfərin məhkəməyə verildiyini və barələrində cinayət işi açıldığını bildirib.

Tarix
2025.04.24 / 12:06
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla