Yuxarı

Rəşad Dağlıya görə bu telekanala xəbərdarlıq edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Dağlıya görə bu telekanala xəbərdarlıq edildi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Speys TV-nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd edilib. Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad gününün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb.

Kult.az xəbər verir ki, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Modern.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı Şuranın aidiyyəti struktur bölmələri tərəfindən araşdırma aparıldığını bildirib.

O vurğulayıb ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edilib:

"Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcək".

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

Tarix
2025.04.25 / 00:29
Müəllif
Kult.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla