Yuxarı

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri və bəstəkar Eldar Həsənovun musiqisi əsasında hazırlanmış əsərləri ifa edib.

Kult.az xəbər verir ki, tədbir “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzində baş tutub. Konsertdə şeirlərin müəllifi Leyla Əliyeva iştirak edib.

Vokal əsərləri balet artistlərinin iştirakı ilə xoreoqrafik nömrələrlə müşayiət olunub. Konsertdə “Səni niyə belə sevirəm”, “Bir söz söylə”, “Payız”, “Yay gecəsində”, “Arzu”, “Sehrli qala” şeirləri və müəllifin digər əsərləri əsasında romanslar səsləndirilib.

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilir. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası istedadların iştirakı ilə konsertlər təşkil olunur.

Tarix
2025.04.28 / 23:51
Müəllif
Kult.az
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla