Yuxarı

"Həkimlərin söz dünyası" təqdim olundu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Həkimlərin söz dünyası" təqdim olundu - Foto

İyunun 18-i Beynəlxalq Mətbuat Mərkəzində (BMM) həkim-yazarların ilk poetik toplusunun 1-ci cildi olan "Həkimlərin söz dünyası" kitabının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, şair Əfrahim Hüseynlinin tərtib etdiyi bu kitabda Azərbaycanın klassik yazarlarından tutmuş çağdaş yazarlara kimi qələm sahibləri yer alıb. Təqdimatı açan xanım şairə Hacı Azadə-Taleh Abbasqızı ilk sözü kitabın tərtibatçısı və redaktoru Əfrahim Hüseynliyə verib. Redaktor kitabın yaranması səbəblərini ətraflı izah etdikdən sonra ədəbiyyatımıza gözəl bir töhfə olacağına əminliyini bildirib.

Daha sonra millət vəkili, professor, şair Musa Urud kitabın ön söz müəllifi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı kitab haqda fikirlərini bölüşüb.

Həkim-şairlərdən Ramiz Duyğun, Ramiz Mövsüm, Tofiq Nurəli, Fəxrəddin Ziya, Məmmədyar Məmmədyarlı, Şahin Musaoğlu, Mehin Şıxlinski, Nazilə Gültac, Qalib Şəfahət, Habil Vəliyev, Pərvin Abbaslı tədbir zamanı şerlərini səsləndiriblər.

Tədbirdə dünyasını dəyişmiş alim, isdedalı yazıçılarımız Sərdar Kərimli və Yusif Əhmədovun övladları Rəşad Kərimli, Qüsiyyə Yusif də çıxış edərək bu işdə əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirdilər.

Tarix
2016.06.21 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla