Yuxarı

“Hadrut”un mənası: iki çay arası qədim Ağoğlan

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hadrut”un mənası: iki çay arası qədim Ağoğlan

Hadrut - fars dilində “ha” (ara), “du” (iki) və “rud” (çay) komponentlərindən düzəlib, “iki çayın arası” mənasını ifadə edən Hadrut kimi adlanmağa başladı. Ermənilər Hadrutu əhatəyə alan Güney və Quzey çay adlarını dəyişə bilmədilər.

Hadrut qəsəbəsinin tarixi çox qədimdir. Cəbrayıldan tutmuş Hadruta, oradan Ağcabədiyə qədər ərazilərin keçmiş adı Vərənd olub - Quruçay və Qarqarçay (Füzuli) ətraflarında və Xankəndi şəhəri ərazisində yaşamış türkdilli vərənd tayfasının adından götürülüb.

Hadrut rayonuna məxsus Cilan, Quşçular, Dolanlar, Bünyadlı, Daşbaşı, Mülkədərə və Ağcakənd kəndlərinin adları da Azərbaycan-türk sözləridir.

Orta əsrlərdə Hadrut və onun ətrafındakı Dizaq mahalı İpək Yolunun bir qolu üzərində yerləşirdi. Ərazidəki qədim körpülərin çoxluğu məhz bu ticarət yollarının göstəricisidir.

Dolanlar kəndinin əsasını qoyan dolan tayfası tatar-monqol mənşəli olub. Dolanlar kəndinə orta əsrlərdə Ərgünəş də deyilib. Bu əraziyə ermənilər 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçməyə başlayıblar. İranın Qaradağ əyalətindən gələn ermənilər həmin kənddə məskunlaşmışlar.

Hadrut əvvəllər Dizaq mahalına daxil idi. Qeyd edim ki, Qarabağ xanlığı dövründə 22 inzibati vahid var idi və Dizaq mahalı Hadrut kəndindən Şəybəy, Nüzgar kəndlərinə qədər əraziləri əhatə edirdi. Dizaq — Cavanşir mahalına Horadiz-Maralyan-Soltanlı kəndləri istiqamətində olan ərazilər, Xudafərin mahalına Dağtumas-Sirik kəndləri və Diri dağı zonası, Çovundur mahalına isə Diri dağından Oxçu çaya qədər ərazilər daxil idi.

Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun adı 1923-cü ilədək Ağoğlan, 1923-1939-cu ilədək Dizaq olub. 1923-cü il iyulun 7-də Azərbaycan KP MK-nın dekreti ilə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Cəbrayıl qəzasına daxil olan Bünyadlı, Hərəkül, Zamzur, Dolanlar, Hadrut, Edilli, Vənk və s. kəndlər Cəbrayıl qəzasından alınıb, DQMV-nin tabeliyinə verildi.

Sonradan bu ərazini Ağoğlan kimi adlandırmağa başlamışlar. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan” mənasını daşıyır. XIX- cu əsrdə ruslar Azərbaycana gəlib, ərazisinin statistikasını aparanda, rayonun adı "Ağoğlan" kimi qeydə alınıb.

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov gənclik illərində Hadrutda müəllim kimi fəaliyyət göstərmişdir.

Hadrut qəsəbəsində X-XII əsrlərə aid kilsələr var. Burada ən böyük kilsə Çinarlı kəndindəki "Ağ xaç" kilsəsidir. Müqəddəs Məryəm ana və Hünərli kəndindəki kilsələrinin böyük hissəsi saxtalaşdırılıb. Hətta burada erməni katolik kilsəsi təsirini görürük. Çünki buradakı oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər var.

Ermənilər bu kilsələrin üzərində nə qədər dəyişiklik və saxtalaşdırma etsələr də, alban kilsəsinə aid simvol və elementlər qalıb.

Qarabağ və Zəngəzur ərazilərində əslində demək olar ki, hər kənddə belə qədim kilsə və monastır mövcud olub. Otuz ilə yaxın işğal dövründə xristian albanlara məxsus dini abidələrin əksəriyyətinin ilkin arxitekturasına xeyli dəyişiklik edilib, tikililər üzərində olan və tarixi sübut kimi qiymətləndirilən memarlıq elementləri və epiqrafik nümunələr dağıdılıb.

Tarix
2026.03.28 / 12:09
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla