Yuxarı

Hitler üçün oynayan agent Əminə - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hitler üçün oynayan agent Əminə - Foto

Qadın rəqqasə və agent deyilərkən ilk ağıla gələn sima Mata Hari olur. Türkiyənin Mata Harisi isə 1910-cu ildə İstanbulda doğulan Əminə Ədalət Peedir.

Onunla bağlı arxivlərdə yetərincə olsa foto və sənəd yoxdur. Amma araşdırdıqda çox maraqlı həyat hekayəsi ortaya çıxır.

Kult.az Qaynarinfo.az-a istinadən cümhuriyyət dönəmində vətənə xidmət edən rəqqasə ilə bağlı maraqlı faktları təqdim edir:

Orta məktəb illərində səhnə ilə tanış olan Əminə 14 yaşında Almaniyaya köçüb və burda da rəqs etməyə başlayıb. Burda əmisinin qayını Anri Pee ilə evlənərək onun soyadını qəbul edib.

Qısa zamanda Almaniyada məşhurlaşan türk qızı bir axşam yenə səhnədə olarkən bir faşist zabiti ona yaxınlaşıb və Adolf Hitlerin təbliğat naziri Yozef Goebbelsin onunla görüşmək istədiyini deyib.

Əminə Ədalət bu təklifi qorxaraq da olsa, qəbul edib. Və bir anda özünü Goebbelsin malikanəsində görüb. Burda Goebbels ona almanlar üçün casusluq etməsini təklif edib. Amma Əminə təklifi düşünəcəyini deyərək oranı tərk edib.

Almanlar üçün casusluq etməkdən imtina edən Ədalət həyat yoldaşı ölənə qədər Almaniyadan Türkiyəyə məlumat ötürməyi davam etdirir. 1942-ci ildə Türkiyəyə dönsə də, burda çox qalmır.

Hitlerin köməkçisi Freglayr ilə yaxın münasibətləri onun işinə yarayıb. Bu yaxınlıq sayəsində Hitler üçün özəl rəqs edir və bununla da faşist liderə yaxınlaşır. Amma o, sadəcə bir rəqqas deyil, MAH-ın (Milli Amale Hizmet), yəni Türkiyənin ilk Milli İstihparat Təşkilatının agenti idi.

Əminə Ədalət almanların Parisi işğal edəcəyi barədə məlumatı Ankaraya çatdırıb. Bu məlumat həmin vaxt çox önəmli idi. Çünki almanların Parisi işğal edəcəyini ağlından keçirmirdi. Bununla da Türkiyə Parisdəki vətəndaşlarını vaxtında şəhərdə çıxararaq onların zərər çəkməsinin qarşısını alıb.

Əminə yaxınlarına Mustafa Kamal Atatürkün səhnədəki uğurlarına görə onun yanağından öpdüyünü və buna görə bir həftə üzünü yumadığını deyib.

O, səhnə həyatına 70 yaşına qədər davam edib. "Yanık Kaval", "Uçuruma Doğru", "Deniz Kızı" kimi filmlərdə rol alıb. 1985-ci ildə isə Darülacezedə vəfat edib.

Tarix
2018.01.22 / 09:26
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla