Yuxarı

Rus arxivi açıldı: “erməni soyqırımı” ilə bağlı - Şok sənəd

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Dünya müharibəsindən əvvəl imperialist dövlətlər Osmanlını bölüşdürmək üçün böyük plan hazırlamışdılar. Bu planın ən əhəmiyyətli hissəsi isə ermənilərlə bağlı idi. Onlar əllərində tutduqları “erməni kartı”nı “kozır” kimi Osmanlıya qarşı irəli sürdülər.

Kult.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Rusiya arxivlərinə istinadən araşdırma yazısı dərc edib. Yazıda ermənilərin Yaponiyanın və başqa ölkələrin əsas “alət”lərindən biri olması haqda faktlara yer verilib.

Yaponiyanın gizli “silah”ı

Ermənilərin ən böyük xəyanəti 1904-cü ildə rus-yapon savaşı zamanı üzə çıxdı. Həmin vaxt Rusiyadakı erməni millətçiləri Yaponiyanı dəstəkləyərək, imperatora sədaqət andı içmişdilər. Bu savaş ərəfəsində onlar yapon imperatoruna belə bir məktub yazmışdılar:

“Sizi sevən bütün Qafqaz və Rusiya erməniləri mənəvi baxımdan sizinlə birləşərək, bütün qədəhləri İmperator Mutsuxitonun şərəfinə qaldırırlar. Yaşa, Yaşa, Yaşa!"

Bu məktub Rusiya dövlət arxivində hələ də qalmaqdadır. Erməni liderləri məktubda qüdrətli yapon silahının dağılmış rus əsgərlərinin üzərində ulduz kimi parlamasını və Yaponiya bayrağının Rusiyanın Port Artur sahillərindəki qubernator sarayında dalğalanmasını arzuladıqlarını yazmışdılar. Onlar ermənilərin ölənə qədər Yaponiyaya sadiq qalacaqlarına and içmişdilər.

Lakin həmişə olduğu kimi, yenə də erməni ikiüzlülüyü öz işini gördü. Bir neçə il sonra erməni liderləri həmin məktubun bənzərini Rusiya çarına göndərdilər. Bu dəfə isə Türkiyəyə qarşı... Onlar bu məktubda Rusiya ordusunun türklərə qalib gəlməsini, rus bayrağının İstanbulda dalğalanacağına inandıqlarını dilə gətirirdilər.

Osmanlıya qarşı iki missiya

Ermənilər 20-ci əsrin əvvəllərində həyata keçirdikləri bu satqınlıq planlarını sonradan da davam etdirdilər. Daşnakların ətrafında toplaşan erməni qruplaşmalarına Türkiyənin işğalı yolunda iki missiya tapşırılmışdı:

1. Türkiyə erməniləri arxa cəbhədə etiraz aksiyalarına başlayaraq, türk ordusunu zəiflətməli.

2. Türkiyə ermənilərindən ibarət olan könüllü birliklər türk ordusunu yararaq, rus ordusu üçün yol açmalı.

Xüsusən bu iki missiya qondarma erməni soyqırımı iddialarının nədən və haradan qaynaqlandığını aydın göstərir.

Hitlerin oyuncağı

Ermənilər II Dünya müharibəsində Hitlerin də oyuncağına çevrildilər. Erməni qruplaşmaları Hitler Almaniyasına dəstək verərək, könüllü birliklər yaratdılar və bölgədəki xalqlara qarşı cinayətlər törətdilər.

Marionetləri gözləyən son

Ötən əsrin əvvəllərində Şərqi parçalamaq uğrunda mübarizə aparan Rusiya və Avropa ermənilərdən maşa kimi istifadə etməyə görə mübarizə aparırdı. Onlar bəzən İngiltərənin, bəzən isə Rusiyanın əlinə keçirdilər. Əsrin başlanğıcında İngiltərə erməniləri öz tərəfinə çəkə bildi və onlardan Osmanlı ilə Rusiya İmperiyasına qarşı istifadə etməyə başladı.

Bütün bunlar ermənilərin tarixin müxtəlif dövrlərində böyük dövlətlər tərəfindən oyuncaq kimi istifadə edildiklərini bir daha faktlarla göz önünə sərir. Həmin dövrlərdə və sonralar marionetə çevrilməyin nəticəsidir ki, bu gün sözügedən dövlət böyük xaosun içindədir və bu xaos tezliklə Ermənistanı daha böyük fəlakətlərə sürükləyəcək.

Tarix
2018.04.24 / 08:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla