Yuxarı

İkinci Mahmuddan Aqil Abbasa – Bir Abzas

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir Abzas – yeddi rəng layihəsində

Beşinci rəng – Sarı

"Bir abzas – yeddi rəng" layihəsində Aqil Abbasdır: "Dolu" romanı ilə.

Yazar Mahmud Ağakişioğlu:

- Etiraf edirəm ki, Aqil Abbasın "Dolu" romanını sonadək oxumağa səbrim çatmadı. Ona görə ki, elə ilk səhifələrdən müəllifin nə demək istədiyini anladım və bu əsərdə hansısa yeni fikir, yeni yanaşma tapa bilməyəcəyimə əmin oldum. Romanın motivləri əsasında çəkilmiş eyniadlı filmə isə bütünlükdə baxmışam. Fikrimcə, film romanı xilas edib. Çünki filmdə müxtəlif effektlərin köməyi ilə tamaşaçının diqqətini cəlb etmək daha asandır. Əsərin dili gözəldir. Axıcıdır. Xalq dilinə yaxın leksik vahidlər, ifadələr oxucu ilə mətn arasında doğmalıq yaradır. "Dolu" romanı müasir Azərbaycan nəsrində vacib hadisə sayıla bilər. Ən azı ona görə ki, bu roman Qarabağ müharibəsi mövzusunda yazılmış ilk irihəcmli əsərdir. Dövrün reallıqları çılpaqlığı ilə öz əksini tapıb. Hətta adama elə gəlir ki, müəllif bu əsəri yazanda qarşısına bircə məqsəd qoyub: məğlubiyyətə haqq qazandırmaq. Sanki müəllif demək istəyir ki, biz döyüşkən xalqıq, əslinə, bu müharibədə məğlub olmağımızın başqa səbəbləri var. Lazım gəlsə, müəllifə haqq qazandırmaq da olar. Bu roman mənimçün həm də ona görə vacibdir ki, müəllif əsərində yetkin obraz yarada bilib, bu "Komandir"dir. Lakin əsərdəki ənənəvi pafos bir oxucu kimi məni qane etmir. Əsərdə müəllifin müharibəyə etirazı yoxdur, əksinə o, kütləni müharibəyə, qisasa səsləyir. Müharibə mövzusuna yanaşma lokal, məhəlli xarakter daşıyır. Müəllif yanaşması orta statistik azərbaycanlı prizmasının sərhədlərini aşa bilmir. Halbuki bütün bu yanaşmalar, qisas çağırışları, erməni obrazı və bu erməniyə nifrət dünya oxucusu üçün anlaşılmazdır. Bu mənada, haqqında danışdığımız əsəri lokal kütlə üçün yazılmış, böyük iddialardan uzaq nəsr nümunəsi hesab edirəm. Əvvəldə də qeyd etdiyim kimi, romanı sonadək oxumamışam, buna görə də ola bilsin ki, fikirlərin yarımçıqdır. Amma etiraf edirəm ki, bir oxucu kimi bu əsəri yenidən və sonadək oxumaq üçün özündə həvəs tapa bilmirəm. "Dolu" romanı mənim üçün aktuallığını itirib və bu əsər haqqındakı məlumatlar yaddaşımın "statistik informasiyalar bölməsi"ndə öz arxiv ömrünü yaşayır.

Əvvəlki abzaslar:

Şərif Ağayardan Aqil Abbasa – Bir Abzas. Birinci rəng - Ağ

Qan Turalıdan Aqil Abbasa – Bir Abzas. İkinci rəng - Qırmızı

Kənan Hacıdan Aqil Abbasa – Bir Abzas. Üçüncü rəng – Yaşıl

Həmid Piriyevdən Aqil Abbasa – Bir Abzas. Dördüncü rəng – Mavi

Tarix
2014.09.29 / 23:33
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla