Yuxarı

Kənan Hacıdan Aqil Abbasa – Bir Abzas

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kənan Hacıdan Aqil Abbasa – Bir Abzas

Üçüncü rəng – Yaşıl

"Bir abzas – yeddi rəng" layihəsində Aqil Abbasdır: "Dolu" romanı ilə.

Yazar Kənan Hacı:

Aqil Abbas "Dolu"nu yazarkən nə qədər enerji sərf edibsə, o enerjini oxucudan çıxarır. Bu uğuruna görə yazıçıya təşəkkür düşür. Oxucu əsəri tam mənada həzm edə bilmirsə, onun mütaliəyə ayırdığı vaxt boşuna sərf olunur. "Dolu" romanı çox uzun bir vaxt içərisində yazılsa da sanki yüyrək dillə yazılıb, sürətlə bir- birini əvəz edən hadisələr oxucunu da bu burulğanda itirir. Torpaqların işğalının səbəbləri bu qədər sadə və bəsit, həm də mürəkkəb imiş… Yazıçı oxucunu xəyanətin mətbəxinə gətirir. "…Əzrayıl o qədər bezmişdi ki, Tanrıya yalvarırdı ki, onun istefasını qəbul eləsin…"; "Biz Allahın yadından çoxdan çıxmışıq."

Bu kimi ifadələr hadisələrin fövqəladəliyini və əsərin nüvəsini təşkil edən Dolu kabusunun vahiməsini bədii fakta çevirir. Qarabağ savaşı haqqında yazılan bədii əsərlər içərisində "Dolu" romanının bir üstünlüyü də var, bu üstünlük güzəştsiz realizmdir. Bu, Aqil Abbasın yazıçı üslubudur. Dialoqlar olduğu kimi, yumşaldılmadan qələmə alınıb, hadisələrin nəqlində də bu prinsip gözlənilir.

Əvvəlki abzaslar:

Şərif Ağayardan Aqil Abbasa – Bir Abzas. Birinci rəng - Ağ

Qan Turalıdan Aqil Abbasa – Bir Abzas. İkinci rəng - Qırmızı

Tarix
2014.09.26 / 22:15
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev Efiopiya baş nazirini təbrik etdi

Azərbaycan xalqının milli azadlıq iradəsi... – Qafarov

Nikol yenidən seçilmək üçün tam dəstəyimə malikdir

Rubio Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla