Yuxarı

Türk dilinə imkan verilsə, fars dili də qazanar - Kərimzadə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dilinə imkan verilsə, fars dili də qazanar - Kərimzadə

Həsən Kərimzadə güneyli milli-mədəni fəal və yazardır.

Kult.az Həsən Kərimzadənin Güney Azərbaycanın ana dili problemi ilə bağlı müsahibəsini təqdim edir:

İranda türk kimliyi

İranda milyonlarla azərbaycanlı bacı və qardaşlarımız hər zaman mübarizə aparıblar. Bu ardıcıl mücadilənin nəticəsidir ki, bu gün türk kimliyi bu ölkədə qorunub saxlanılıb. Lakin İran hakimiyyətində bir qrup şəxs keçən yüz ildə qılınc yolu ilə dəfələrlə türklərin səsini boğub və onları yox etməyə çalışıb. İranda türklərin geridə qalmasına əsas səbəb bu tip faşist təxəyyüllü insanların törətdiyi əməllərdir.

Güneydə dərs ili kampaniyası

İllərdir dərs ili başlanan zaman milli-mədəni fəallar türkcə kitab alıb, türk uşaqlara paylayırlar. Bu il də bu fəaliyyət davam etdirilir. Ən gözəl və mədəni etiraz yolu türkcə kitab alıb, oxuculara hədiyyə etməkdir. Bu mədəni etiraz indi baş tutur. Belə ki, milli-mədəni fəallar türk dilində kitablar alıb paylayır. Bu da kütlə arasında maraqla qarşılanır.

Ana dilinin əhəmiyyəti

Ana dilində təhsil almaq həm ruhi, həm də psixoloji cəhətdən çox önəm daşıyır. Ana dilinin varlığı, öyrənmək və inkişaf proseslərini asanlaşdırır. Bu da fars dili və başqa dillərin öyrənilməsinə kömək edir. Təəssüf ki, İranda bu üsul nəzərə alınmadığı üçün həm fars dili, həm də başqa dillərin öyrənilməsində kafilik hiss olunur.

Ana dilinin tədrisinin əhəmiyyəti

Evdə ana dilində şifahi olaraq danışılır, amma dilin dərinlikləri, yazı və qrammatik qaydalar da öyrənilməlidir. Bunu ancaq məktəbdə həyata keçirmək olar. Hər dilin inkişafı və sağ qalmağı üçün məktəblərdə tədrisi əsasdır.

Tarix
2018.09.15 / 08:45
Müəllif
Elşad Yaqublu
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla