Yuxarı

Paşa Bakıya necə girdi? – Şıxlinskinin yavərinin ifadəsi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşa Bakıya necə girdi? – Şıxlinskinin yavərinin ifadəsi

Qafqaz İslam Ordusu və Nuru Paşanın 1918-ci il 15 sentyabrda Bakıya daxil olması ilə bağlı şahidin dilindən səslənən tarixi faktın biri də TEAS PRESS-in çapa hazırladığı “Nuri Killigil” kitabında əksini tapıb.

Kult.az xəbər verir ki, general Əliağa Şıxlinskinin yavəri olan Əli Asəf bəy qatil Torlakyanın ingilis hərbi tribunalında davam edən məhkəməsində ifadə verib.

Əli Asəf bəyin ingilis prokurorun suallarına cavabı:

– Adınız, ölkəniz? Haradan gəlirsiniz? Məşğul olduğunuz iş?

– Əli Asəf. Türkəm, iştipliyəm. İstanbulun Aksaray bölgəsində yaşayıram. 1918-ci ilin martından oktyabrına qədər general Əliağa Şıxlinskinin cangüdəni idim.

– O general harada komandanlıq edirdi?

– Nuru Paşa ordusunun korpuslarından birinin komandanı idi.

– Bakıya nə vaxt daxil oldunuz?

– Bakı 14 sentyabrda sükuta qərq oldu. Biz də 15 sentyabrda səhər şəhərə daxil olduq.

– Ordunuz şəhərə daxil olanda nələr gördüyünüzü deyərsinizmi?

– Cəbhənin mərkəzindəki müşahidə məntəqəsindən Nuru Paşa, Xəlil Paşa, Şıxlinski, mərhum şəhid Nazim bəy şəhəri müşahidə edirdik. 15 sentyabrda səhər bu generallarla Bakıya xüsusi qatarla daxil olduq. Bizi hərbi hissə komandanlarından Mürsəl Paşa qarşıladı. Salyan kazarmasının yaxınlığında Nuru Paşa və Xəlil Paşa əsgərləri təftiş etdilər. Oradan “Metropoliten” otelinə getdik.

– Şəhərdə vəziyyət necə idi?

– Şəhərdə gurultu vardı. Nuru Paşa şəhərdə bir qarmaqarışıqlıq olacağı təqdirdə vəziyyətin o dəqiqə nizama salınmasına dair əmr verdi. Özüm şəhəri gəzərkən 15-20 meyit gördüm. Soyğunçuluq və qarət olduğunu da dedilər. Nuru Paşa soyğunçuların həbsinə əmr verdi. Və 47 qarətçi edam olundu. Nuru Paşa şəhərdəki qətliamları dayandırdı...

Tarix
2020.09.15 / 11:26
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla