Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


Bunu etsək, Azərbaycanda türk qalmaz... - Atatürkün gizli sözü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 80-ci ildönümüdür. Atatürk haqqında azərbaycanlı siyasətçilər kifayət qədər məqalə yazsalar da, onunla bağlı xatirəsi olan mühacirlərimizin sayı azdır. Əhməd bəy Ağaoğlu bilavasitə Atatürklə çalışdığı üçün ən çox xatirə ona məxsusdur.

Publika.az xəbər verir ki, kiçik, amma maraqlı bir xatirəsi olan mühacirimiz isə Əziz Alpouddur.

Ə.Alpoud aşağıda bəhs edəcəyimiz xatirəsini sonralar kitabına əlavə etsə də, bizim əldə etdiyimiz məqaləsində Atatürklə görüşü daha detallı şəkildə yazıb.

Alpoud Cümhuriyyət dönəmində Bakı Dövlət Dəmiryollarında istintaq hakimi vəzifəsində çalışıb, daha sonra sürgün həyatı yaşayıb, nəhayət, Türkiyəyə mühacirətə gedib. Bir müddət Almaniyada yaşayıb, orada dəriçilik ixtisası üzrə yenidən ali təhsil alıb, bu sahədə mütəxəssis kimi yetişib.

Mustafa Kamalla görüşü də elə dəriçiliklə bağlı bir fabrikdə çalışarkən baş tutub. Belə ki, Atatürk Türkiyənin Moskvadakı səfiri ilə birlikdə onun çalışdığı dəri fabrikinə gəlir. Atatürkə fabrikdəki işləri izah etməyi Alpoudun müdiri ona tapşırır.

Ə.Alpoud “Atatürk və misaqi-milli” adlı məqaləsində bu görüş belə təsvir edir:

“Qonaqları Əhməd bəylə (müdiri - D.Ə.) birgə qarşıladıq, müasir dəri fabrikini gəzdirdik. Atatürk hər şeylə maraqlanır, hər dəzgah haqqında ayrıca məlumat istəyirdi. Hamısını bir-bir izah edirdim. Dəzgahlarda çalışan işçilərin türk olduğunu öyrəndiyi zaman sevincini bəlli edir, onlarla söhbətləşirdi. Nəhayət, hazır dəri bölümünə keçdik. Orada dəriləri masaya yayıb ona izahat verirdim. Atatürk çox məmnun olmuşdu. Əlinə götürdüyü dəriləri yaxşıca tədqiq edir, dəriçilik mütəxəssisi kimi barmaqlarının arasında dərinin elastikliyini, necə bişdiyini təsbit etməyə çalışırdı. Atatürkün üzündə məmnunluq görünürdü. Bundan istifadə etmək istədim:

- Atatürk həzrətləri, əcəba bir xahiş edə bilərəmmi?

- Söyləyin, görək nədir.

- Mənim anam Azərbaycanda qaldı, əcəba, onu buraya gətirtmək mümkündürmü?

Atatürk mənə cavab vermədi, bir az kənarda dəriləri tədqiq edən səfirə çevrilərək səsləndi:

- Hələ bura gəl. Gör, bu dəliqanlı nə deyir.

Səfir bizə yaxınlaşınca əlini çiynimə qoyaraq:

- Söyləyin, görək, məndən nə istəyirsiniz?

Xahişimi təkrarladığım zaman səfirin dinləməsini istəyircəsinə bu cavabı verdi:

- Oğlum, belə bir yol açsaq, Azərbaycanda türk qalmaz...

Sevgili Atatürk fabrikdən ayrıldığı zaman ona izahat verdiyim əsnada qəhvə rəngli bir dərini əlində bükdüyünü görmüşdüm. O qismi kəsərək xatirə dəftərimin arasında saxladım...”

Tarix
2018.11.10 / 23:55
Müəllif
Dilqəm Əhməd
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır - Alimlər

MKİ-nin Türkiyədən illərdir gizlətdiyi böyük kəşf

Əylisli bu vəzifəyə göz dikib - Tənqidçidən sərt sözlər

Onda mən də elan edirəm: ABŞ prezidentiyəm – Novruzov

Qarabağ işğal olunmuş ərazidir - Fransız parlamentari

Onlar yaşlananda ac qalacaqlar - Fikrət Qoca

Şaxta baba 915 uşağa 8 minlik hədiyyə apardı - Reportaj

“Şahdağ”a getmək istəyənlər bunları bilməlidir - Reportaj

Ağdamda həbs edilən Fred Asifin - İnanılmaz taktikası

Vatikan əsrlərdir Bakıdan nələri gizlədib? - Eksklüziv

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla