Yuxarı

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - Foto

Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir. Krivoy Roq şəhərində doğulub boya-başa çatan polis kapitanı Karina Məmməd qızı Əliyevanın Azərbaycan sevgisi, vətənpərvərliyi soydaşlarımızın dilindən düşmür.

Qırmızı diplom və zəngin iş fəaliyyəti

O, 1985-ci ildə Krivoy Roq şəhərində anadan olub. Atası azərbaycanlı, anası ukraynalıdır. 2003-cü ildə bu şəhərdə liseyi bitirib, 2008-ci ildə isə Odessa Milli Hüquq Akademiyasında təhsilini qırmızı diplomla başa vurub. Elə həmin ildən Ukraynanın daxili işlər orqanlarında çalışır. İlk iş yeri Krivoy Roq şəhərinin rayon polis bölməsi olub, orada müstəntiq işləyib. 2012-2014-cü illərdə Dnepropetrovsk vilayəti Milli Polis Baş İdarəsində xüsusi işlər üzrə müstəntiq kimi çalışıb. 2014-2017-ci illərdə Dnepr şəhər aeroportunun istintaq şöbəsinin rəisi olub. Hazırda Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisidir.

Uşaqlıq arzusunu gerçəkləşdirən polis soydaşımız

Karina Əliyeva deyir ki, daxili işlər orqanlarında çalışmaq onun uşaqlıq arzusu olub: “Ona görə də polis orqanlarında istədiyim hədəfə çatmaq üçün həvəslə işləyirəm. Öz peşəmi çox sevirəm. Mülki əhali arasında polisə inam və etimadı artırmaq üçün bütün bacarığımdan istifadə edirəm”.

O bildirir ki, polis geyimində, çiynində poqon gəzdirən qadın olmaq gözəl bir duyğudur. Bu, ətrafdakı insanlara da xoş təsir bağışlayır. Polis qadın soydaşımız vətəndaşlarla ünsiyyətdə səmimi, nəzakətli davranışımla seçilməyə çalışır.

O, ürəyində Azərbaycan sevgisi gəzdirir

Ukraynada yaşayan soydaşlarımız Karina Əliyevanın onlara həssas münasibətindən, vətənpərvərliyindən ağızdolusu danışırlar. Bu barədə söz düşəndə deyir: “Bu yerlərdə böyüyüb boya-başa çatmasam da, Azərbaycanın hər bir guşəsi mənim üçün doğma və əzizdir”. Bizimlə söhbət zamanı da qeyd etdi ki, ürəyində hər zaman Azərbaycan sevgisi gəzdirir. Təkcə bacarıqlı polis işçisi kimi yox, həm də vətənpərvər bir şəxs kimi tanınmaq vacibdir.

Azərtac

Tarix
2018.11.12 / 19:51
Müəllif
Kult.az
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla