Yuxarı

Deputatın söyənlərə cavabı: Kişi qırığı, tərbiyəsiz, arvad...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə səslənən fikirlərimiz xalqa çatdırılmırsa, camaatın MM-i söyməsindən gileylənməyək.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deputatların Milli Məclisdəki çıxışlarının Azərbaycan televiziyasında (AzTV) yayımlanmamasına münasibət bildirərkən deyib. O, millət vəkillərinin AzTV-ni tənqid etməsinin insanlar tərəfindən pis qarşılanmasına cavab verib:

“Milli Məclisdə AzTV-nin fəaliyyətini tənqid etdiyim çıxışımın videosunu şəxsimizə qarşı fobiyası olan biriləri paylaşıb. Həmin çıxışımda televiziya vasitəsilə Milli Məclisin iclaslarında çıxışlarımızın verilməsini tələb etmişəm. Bildirmişəm ki, burada səslənən fikirlərimiz mütləq xalqa çatdırılmalıdır ki, hansı məsələyə münasibətimizin necə olduğu barədə bilgilənsinlər. Bunu etmiriksə, o halda gileylənməyək ki, niyə camaat Milli Məclisi söyür. Yəni sözügedən çıxışımızda xalqın mənafeyinə toxunan hansısa fikir səsləndirməmişik, əksinə, vətəndaşlarımızın problemlərini qabartdığımız onlarla çıxışımızın AzTV vasitəsilə qayçılanmasına diqqət yönəltmişik.

Maraqlıdır ki, çıxışda hansı mövzuya toxunduğumuzu izləmədən bir sürü narazı kişi qırığı və arvad xeylağı doluşub sosial şəbəkəyə, öz əzizlərinə qarşı evdə işlədikləri sözləri rəylərdə şəxsimizə qarşı işlətməyə başlayıblar. Əslində, bu davranışla onlar yalnız tərbiyəsizlik etmirlər, həm də bu şəbəkədə səviyyəsiz bir mühit yaratmağa çalışırlar”.

F.Mustafanın sözlərinə görə, millət vəkillərinin siyasi düşüncəsi əsasən narahat insanların maraqları üzərində qurulur:

“Anlayıram ki, bu adamların sosial şərtlərdən narazılığı var. Ola bilsin ki, maddi və psixoloji sıxıntıları, bizimlə düşüncə fərqlilikləri var, ancaq bu, kimsəyə əsas vermir ki, hətta özlərinin xeyrinə olan fikrə qarşı bu qədər aqressivlik və tərbiyəsizlik nümayiş etdirsin. Bizim siyasət anlayışımızın qısa məzmunu belədir: bütün vətəndaşların haqlı maraqlarının təmin olunmasına çalışmaqla yanaşı, heç vaxt siyasi düşüncəni narazılar üzərində qurmamaq! Çünki narazılar daha çox qısa məsafələri hədəfləyir və hansısa problemin həlli onları razı kütləyə çevirə bilir. Yəni burada əxlaq anlayışı ikinci sırada yer alır və əsasən günlük maraqdan çıxış edilir. Bu kateqoriyadan olan insanlar imkanları, vəzifələri ola da bilər, olmaya da bilər, lakin cəmiyyətin gələcəyi, mənəvi mühiti barədə daha çox narahatlıq keçirirlər, daha soyuqqanlı və perspektivə uyğun düşünürlər. Bir şeylərin yaxşıya doğru dəyişməsi üçün başqalarını söyməklə uğraşmırlar, olduqları yerdə, mövqelərdə bu günümüz və gələcəyimiz üçün faydalı işlər görməyə çalışırlar”.

Millət vəkili həmçinin qeyd edib ki, cəmiyyətimizdə narazı insanların sayı narahat insanların sayından qat-qat çoxdur:

“Bu da gələcəyin siyasi, dini, sosial, cinsi, regionçu bolşevikləşməsinin təhlükəsindən xəbər verir. Ötənlərdə bir gerizəkalı din adamı açıqlamışdı ki, qadını hicabalı olmayan kişilərin çoxu qeyrətsizdir. Bu axmaqlıq, əslində, sosial şəbəkədə hər gün rastlaşdığımız axmaqlığın başqa bir cinaha yansıması kimi də görünə bilər. Yəni hansısa bir qatı müxalifətçi, yaxud bir qatı iqtidarçı, bir regionçu, bir transseksual, bir fahişə, bir əyyaş ucdantutma əks tərəfində duran insanları fikirlərinə, baxışlarına görə dinləmədən, oxumadan söyürsə, məhz həmin gerizəkalı dinçinin mühakiməsi ilə cəmiyyətə yanaşır. Qısacası, “bizdən olmayan hər kəs qeyrətsizdir, satqındır, mənəviyyatsızdır” demək istəyirlər. Bunlara isə ən gözəl cavabı böyük Yunus verib:

Əvvəl öz-özünü tanı

Sonra elə nəzər eylə”.

Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Milli Məclisdə səsləndirilən çıxışlarının Azərbaycan televiziyasında yayımlanmamasından, yalnız komitə sədrlərinin danışığının işıqlandırılmasından narazı olduqlarını deyiblər.

Tarix
2018.11.27 / 13:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla