Yuxarı

Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1595-ci il... Osmanlının böyük sərkərdələrindən olan Yəhya Ağa imperiyanın Budin əyalətinin paşasının yanına gəlib, xüsusi əhəmiyyət daşıyan Esterqon qalasının təhlükədə olduğunu deyir. Yəhya Ağa qonşu qalaya kömək etmək üçün paşadan izn alır və iki min əsgərlə oraya gedir.

Kult.az xəbər verir ki, bu barədə Esterqon qalasının müdafiəsinin canlı şahidi olan macar əsilli Osmanlı tarixçisi İbrahim Peçevi yazıb. O, 9 türk döyüşçüsünün 90 minlik orduya qarşı mübarizə aparmasından bəhs edib.

Esterqon qalası 1595-ci avqustun 4-də alman, polyak və venesiyalılardan ibarət böyük bir ordu tərəfindən mühasirəyə alınır. Bununla da qalaya su və ərzaq ehtiyatının daxil olduğu yollar bağlanır. Qalada cəmi on min əsgər var idi, lakin birləşmiş ordu Osmanlıdan qala almağın çox çətin olduğunu bilirdi. Buna görə də qaladakı ərzaq ehtiyatının bitəcəyini və təslim olacaqlarını gözləyirdi.

Qalada ərzaq tükəndi. Buna görə də Osmanlı döyüşçüləri irəli atılaraq, mühasirəni yarmaq istədilər. Qeyri-bərabər döyüşdə bir çox düşmən döyüşçüsünü məhv etsələr də, itkilər verərək yenidən qalaya çəkildilər. Belə olan halda iki yol var idi: ya təslim olmaq, ya da aclıqdan ölmək. Çünki başqa yerdən kömək gəlmirdi: imperiyanın əsas ordusu bir neçə ay əvvəl sərhədi tərk edərək, cənuba getmişdi.

Bütün bunları nəzərə alan düşmən komandan qala rəhbərliyinə sülh danışıqlarına başlamağı təklif edir. Əgər təslim olsaydılar, heç kimə toxunmayacaq, türklərin əşyaları ilə birlikdə qalanı tərk etməsinə icazə verəcəkdilər.

Osmanlı tərəfi sülh danışıqlarına başlamaq təklifini qəbul edir və qarşı tərəfdən bir heyət qalaya gəlir. “Hər şey bitdi” deyərkən Yəhya Ağa danışıqlara müdaxilə edib, “siz təslim ola bilərsiniz, amma mən şəxsən bu anlaşmanı qəbul etmirəm. Başımı aşağı salıb bu qalanı düşmənlərə təslim edə bilmərəm. Sabah mən tək başıma qaladan çıxıb düşmənlə savaşacağam. Bu anlaşma yalnız mənim taleyim həll ediləndən sonra baş tuta bilər”.

Alman heyət onun bu sözlərindən sonra heyrətə gəlir. Esterqon qalasının komandanı Lələ Məhməd Paşa da Yəhya Ağanın dediklərindən dəhşətə gəlir. Bayırda 90 minlik ordu var idi və Yəhya Ağa bu ordunun qarşısına tək çıxmağı qarşısına məqsəd qoymuşdu. Çox cəhd etsələr də, o, inadından dönmür.

Yəhya Ağanın bu çıxışı ətrafdakı Osmanlı döyüşçülərini də çox təsirləndirir. Onlardan 8-i ölənə qədər Yəhya Ağa ilə döyüşəcəklərini bildirir.

Səhəri gün qala komandanı qapını açmağı əmr edir. Yəhya Ağa və 8 cəngavəri qaladan çıxıb, 90 minlik birləşmiş ordunun qarşısında dayanır. Onlar bir anda düşmən döyüşçülərini ox yağışına tutur. Sıradan döyüşçülərdən fərqlənən, xüsusi təlim keçmiş bu 9 döyüşçü əlverişli mövqe tutaraq, birləşmiş orduya ağır zərbələr endirir. Düşmən əsgərləri Osmanlı döyüşçülərinə yaxınlaşa bilmir, çünki türklər irəli atılmaq istəyənləri sərrast ox zərbələri ilə yerə sərirlər.

Nəhayət, 9 cəngavərin oxları bitir. Belə olan halda onlar qılınclarını sıyırıb, düşmən ordusunun üzərinə atılırlar.

Alman tarixçilərinin yazdıqlarına görə, Yəhya Ağa bu döyüşdə birləşmiş ordunun 160-a yaxın döyüşçüsünü qılıncla məhv edir. Oxların verdiyi tələfat bundan xeyli çox idi.

Qeyri-bərabər döyüşdə qəhrəman türk əsgərləri şəhid olur. Birləşmiş ordunun komandanı cəsarətlərinə və misli-bərabəri olmayan qəhrəmanlıq nümayiş etdirdiklərinə görə bu cəngavərlərə böyük bir dəfn mərasimi təşkil edir.

Beləliklə, 1595-ci il sentyabrın 2-də qala təslim edilir.

Lakin bundan 10 il sonra Osmanlı ordusu qalanı qaytarmaq üçün əməliyyata başlayır.

1605-ci ildə türklər Esterqonu mühasirəyə alır. Bu dəfə Sədrəzəm vəzifəsinə gətirilmiş Sokolluzadə Lələ Məhməd Paşa bir aylıq mühasirədən sonra qalanı ələ keçirir.

Bundan sonra qala uzun illər Osmanlının nəzarətində qalır.

Bu gün Esterqon qalası daha çox Yəhya Ağa və 8 cəngavəri ilə xatırlanır. Həmin dövrdə 9 qəhrəman türkün bu şücaəti dildən-dilə düşmüş, Avropada böyük heyrətlə qarşılanmışdı.

Qeyd edək ki, Esterqon qalası Macarıstanın paytaxtı Budapeştin 60 kilometrliyində yerləşir. 13-cü əsrdə inşa edilən bu qala Macarıstanın ən önəmli tarixi abidələrindən hesab edilir.

Tarix
2018.11.28 / 07:00
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla