Yuxarı

Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hun türkləri ilə Çin imperiyası arasında eramızdan əvvəl üçüncü əsrdə başlayan gərgin mübarizə və savaşlar eramızın ilk əsrlərində də davam edib.

Türklərlə mübarizə apara bilməyən çinlilər müxtəlif yollara əl atıblar. Onlar türklərin taktikasına bələd olmaq üçün bəzən öz qızlarını Hun xaqanları ilə evləndiriblər. Çinlilərin hun qorxusunu anlamaq üçün təkcə bu günün əfsanəvi abidəsi Çin səddini xatırlamaq kifayət edər. Belə ki, bu möhtəşəm abidə məhz hunların hücumlarından qorunmaq üçün tikilmişdi.

Azadlıq aşiqi olan türklər bəzən çinlilərin əsarəti altına düşsələr də, qısa müddətdə müstəqilliklərini bərqərar ediblər. Bu azadlıq mübarizəsinə başçılıq etmiş hun hökmdarlarından biri də Li Yuan Yabqudur.

Kult.az xəbər verir ki, o, 295-ci ildə inqilaba liderlik edib və türklərin müstəqilliyi üçün mübarizə apararaq, əsarətə son qoyub.

Yabqu millətinin əsir həyatı yaşamasını qəbul edə bilmir, onu yenidən layiq olduğu yerə gətirmək istəyirdi. Buna görə də o, Çin şəhərlərini, kəndlərini gəzərək, türkləri başına toplayır, öz amalını onlara bildirir. Sonda isə türklərdən ibarət 20 min nəfərlik bir ordu yaradır.

Mete xaqanın nəslindən olan və Çin mənbələrində “Li Yuan Yabqu” kimi adı keçən sərkərdə bu yolla Çində əsir olan bütün türkləri ayağa qaldırır. O, Çini fəth edib, öz tabeçiliyinə salmaq istəyir. Nəhayət, hunların müstəqilliyini qəbul etdirəcək ilk axın həyata keçirilir. 20 minlik ordu Çində qarşılarına çıxan onlarla kəndi yağmalayır və bir çinlini belə sağ qoymur. Türklərin qəzəbi elə bir həddə çatır ki, onlar Çinin iki böyük şəhərinə daxil olaraq, oranı alt-üst edirlər. Sonda hunlar Li Yuanın başçılığı altında əski yurdlarına dönərək, öz dövlətlərini elan edirlər.

Bu tarixi hadisə haqqında Çin mənbələrində xeyli məlumata rast gəlmək olar. Çin mənbələrində döyüşlər zamanı hunların xeyli düşməni məhv etdiyi yazılıb: “Təkcə bir döyüşdə 30 min döyüşçümüz hunlar tərəfindən öldürüldü”.

Təəssüf ki, minlərlə türkü əsarətdən, qadınları, azyaşlı qızları cariyəlikdən xilas edən Li Yuan Yabqu haqqında türk mənbələrində kifayət qədər məlumata rast gəlmək olmur.

Tarix
2019.02.02 / 08:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla