Yuxarı

Dəhşətli Şamaxı zəlzələləri: 90 min ölü – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli Şamaxı zəlzələləri: 90 min ölü – Foto

Ötən gün baş verən zəlzələ Şamaxıda bu vaxta qədər bilinən və böyük faciələrə səbəb olan yeraltı təkanları diqqət mərkəzinə daşıyıb. Şamaxı şəhərində tarix boyu müxtəlif dağıdıcı zəlzələlər baş verib və bu hadisələr zamanı minlərlə, bəzən on minlərlə insan həyatını itirib. Bununla yanaşı sözügedən zəlzələlər minlərlə evin, onlarla tarixi abidənin dağılmasına səbəb olub.

Kult.az Şamaxıda baş vermiş ən dəhşətli zəlzələlərin siyahısını təqdim edir:

1. 1667-cil ildə Şamaxıda baş vermiş 6.9 bal gücündə zəlzələ nəticəsində 80 min insan həlak olub. Həmin zəlzələ Azərbaycan tarixinə ən dəhşətli zəlzələ kimi düşüb.

2. Bundan iki il sonra - 1669-cu ildə qeydə alınan zəlzələ isə 5.7 bal gücündə olub və 7 min insanın həyatına son qoyub.

3. Şamaxıda növbəti güclü zəlzələ 1828-ci ildə qeydə alınıb. 5.7 bal gücündə olan zəlzələ zamanı neçə nəfərin həlak olması haqda məlumat yoxdur.

4. Şəhərdə növbəti güclü zəlzələ 1859-cu ildə, 5.9 bal gücündə olub. Hadisə nəticəsində 100 nəfər həlak olub, Şamaxı şəhəri tamamilə dağılıb. Buna görə də Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb.

5. 1872-ci ildə baş vermiş 5.7 bal gücündə zəlzələdən sonra şəhərdə ciddi dağıntılar yaşanıb.

6. 1902-ci ildə Şamaxı 6.9 ballıq zəlzələ ilə silkələnib. Olay zamanı 2 min insan həlak olub, minlərlə insan yaralanıb, 20 minə yaxın insan evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı yerlə-yeksan olub.

Xatırladaq ki, ötən gün Azərbaycanın müxtəlif şəhər və rayonlarında, eləcə də Şamaxıda zəlzələ baş verib. Yeraltı təkanlar zamanı dağıntılar olsa da, insan tələfatı qeydə alınmayıb.

Tarix
2019.02.06 / 14:03
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla