Yuxarı

Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video

Bu gün gecə saatlarında vəfat edən tanınmış xanəndə, ustad sənətkar Camal Dadaşovla bağlı bəzi faktlar üzə çıxıb.

Kult.az xatırladır ki, 1951-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olan Camal Dadaşov Asəf Zeynallı adına musiqi kollecində (1979-1985) xalq artisti, muğam ustadı Hacıbaba Hüseynovun sinfini bitirib. O, 1975-ci ildə rayonlararası keçirilən festivalda 1-ci yeri tutur və fəxri ada layiq görülür. Kollecdə oxuduğu vaxtlardan üzərində işləyən, sahəsi üzrə daha çox məlumat əldə etməyə çalışan Camal Dadaşov hələ 2-ci kursda oxuyarkən -1981-ci ildə Gəncə şəhərində ümumrespublika üzrə keçirilən "Şur" muğamı festivalında 1-ci dərəcəli mükafata layiq görülür.

Muğam ustadının 2001-ci ildə Respublika səviyyəsində 50 illik yubileyi keçirilib, bir neçə fəxri adlar verilib və mükafatlarla təltif edilib.

O, “Muğam Müsabiqəsi-2007”-nin laureatı Abgül Mirzəliyevin ustadı, “Muğam Müsabiqəsi-2011”-in laureatı Mirələm Mirələmovun isə müəllimi olub.

Avazı xoş, səsi şirin ustad sənətkar olduqca ağrılı tale yaşayıb. O, 3 oğlunu itirib: bir övladı kiçik yaşlarında gölə düşərək boğulub. Xəstə olan digər övladının itkisi isə Camal bəyin ömrünə növbəti zərbə olub. Digər oğlu - musiqi sahəsində ona yoldaş olan tanınmış qarmon ifaçısı Nazim Dadaşov 2016-cı il iyulun 19-da avtomobil qəzasında vəfat edib.

Xatırladaq ki, tanınmış xanəndə Camal Dadaşov bu gün gecə saatlarında yatmaq üçün otağına keçərkən qəfil ürəktutmadan vəfat edib.

Tarix
2019.03.04 / 14:28
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla