Yuxarı

Bakıda dəhşət saçan işgəncə alətləri - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dəhşət saçan işgəncə alətləri - Foto

Bakıda, Şirvanşahlar Saray Kompleksində maraqlı, o cümlədən qorxulu hisslər aşılayan tarixi sərgi keçirilir. “İnkvizisiya – Orta əsr işgəncə alətləri” adlanan sərginin təşkilatçısı italyan kolleksioneri Pyerluici Kanovinidir.

Teleqraf.com xəbər verir ki, italyan kolleksioner 200-ə yaxın eksponata sahib olsa da, onlardan yalnız 70-ni Bakıya gətirib.

Onun bildirdiyinə görə, inkvizisiya dövrünə aid ilk işgəncə alətləri 1983-cü ildə əlinə düşüb. Bu alətlər indiyə qədər İtaliyanın bütün bölgələrində, həmçinin dünyanın müxtəlif yerlərində sərgilərdə nümayiş etdirilib və böyük marağa səbəb olub.

Sərginin bələdçiləri tərəfindən aldığımız məlumata görə, bura əsasən turistlər gəlirlər ki, əksəriyyəti ruslar və türklərdir. Tarixə maraq göstərən bəziləri sərgidən zövq aldıqları, bəziləri isə burdan ayrıldıqda özlərini pis hiss etdiklərini söyləyirlər. Sosial şəbəkələrdəki bəzi müzakirələrdən də eksponatların qorxu və dəhşət saçması səbəbindən sərginin birmənalı qarşılanmadığıa şahidik.

Sərgidə 70-ə yaxın müxtəlif ölçülü alətlər nümayiş etdirilir. Bunlardan “İspan atı”, “Nürnberq qızı”, “Taxt-tac”, “Qeybətçilərin skripkası”, “Gurultu fleytası” və sairlərin adını çəkə bilərik.

Qeyd edək ki, inkvizisiyanın ləğvindən sonra dəlil-sübutları məhv etmək məqsədilə alətlərin çoxu yandırılıb deyə, orijinal alətlər, demək olar ki, günümüzə gəlib çatmayıb.

Yalnız Avropanın bəzi muzeylərində metaldan olan alətlər qalmaqdadır, taxtadan hazırlananların çoxu isə zamanında kül olub.

Sərgi avqustun 18-nə qədər davam edəcək. Yerli qonaqlar üçün giriş 5, xarici qonaqlar üçün isə 8 manatdır.

Tarix
2019.04.29 / 13:26
Müəllif
Kuıt.az
Digər xəbərlər

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla