Yuxarı

Türk dünyasını silkələyən tapıntı - AMEA-dan açıqlama

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dünyasını silkələyən tapıntı - AMEA-dan açıqlama

Bu əlyazmanın Qazaxıstanda tapılması çox önəmlidir. Çünki ilk dəfədir ki, “Kitabi-Dədə Qorqud” dastanı türk dünyasında tapılıb. Bildiyimiz kimi, bundan əvvəlki nüsxələri Vatikan və Drezdendə tapılmışdı.

Bu sözləri Kult.az-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi İsmixan Osmanlı deyib.

O bildirib ki, nüsxənin tapılması mümkündür, sadəcə bəzi dəqiqləşdirmələr aparmaq lazımdır:

“Türk alimi Mətin Əkicinin bu nüsxəni tapması çox sevindiricidir. Bu barədə artıq bizə də məlumat verilib. Düşünürəm ki, həmin alim yaxın zamanlarda bu nüsxəni çap edəcək. Biz bu nüsxəni tam analiz etməliyik ki, görək nə vaxt qələmə alınıb. Ola bilər ki, o vaxt kimsə “Dədə Qorqud” dastanını yaddaşında saxlayıb və daha sonra qələmə alaraq, nəsildən-nəslə ötürüb. Bəlkə də indi Qazaxıstanda tapılan bu nüsxə həmin əlyazmadır. Bu nüsxənin tapılması Azərbaycan və türk dünyası üçün çox önəmli bir hadisədir. Həmin əsərdə “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyu varsa, bu, əlyazmanın çox qədim olduğunu göstərir. Biz tapılan boy haqqında yekun fikrimizi həmin əlyazma ilə yaxından tanış olandan sonra bildirəcəyik”.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Nəcəfov Əzizağa da bu tapıntının türk dünyası üçün çox önəmli olduğunu vurğulayıb:

“Türkiyəli alım Mətin Əkici 36 səhifəlik əlyazma aşkarlayıb. Bizim institutun direktor müavini Paşa Kərimov həmin əlyazma ilə bağlı türkiyəli araşdırmaçılara müraciət edib. Biz həmin əlyazmanın surətini əldə edə bilmək üçün Qazaxıstana müraciət edəcəyik. Surətini əldə edə bilsək, daha dəqiq fikir söyləyəcəyik”.

Qeyd edək ki, türkiyəli alim Mətin Əkici “Kitabi-Dədə Qorqud” dastanının üçüncü nüsxəsinin Qazaxıstanda tapıldığını deyib. Bu əlyazmaların 14-16-cı əsrlərə aid olduğu bildirilir. Digər maraqlı bir məqam budur ki, sözügedən əlyazmada “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı 13-cü boy var.

Tarix
2019.05.01 / 17:50
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla