Yuxarı

Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? - Video

Bu gün Sovet ordusunun İkinci Dünya müharibəsinin gedişində Üçüncü Reyxin paytaxtı Berlinə girməsindən 74 il ötür. Məhz 1945-ci il mayın 2-də azərbaycanlılardan ibarət Taqanroq diviziyası Berlinə daxil olub. Bəzi mənbələrdə bununla bağlı yanlış məlumatlar yazılsa da, tarixi faktlar bütün həqiqəti təfərrüatı ilə üzə çıxarır.

Lakin həmin hadisə haqda bəzi sensasion məqamlar hələ də gizli qalıb. Bu yazıda sizə SSRİ-nin və dünyanın tarixini dəyişdirən həmin olaydan bəhs edəcəyik.

Kult.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Berlinə ilk olaraq azərbaycanlıların Taqanroq diviziyasının daxil olduğunu deyərək, çox önəmli bir məqamı açıqlayıb:

“1945-ci il aprelin 21-də Berlinin çox hissəsi Taqanrokun əlində idi. Əsas döyüşlərin getdiyi yerlər Reyxstaq ətrafı və Brandenburq darvazasının yanı idi. Brandenburq darvazası mayın 2-də faşistlərdən təmizlənəndən sonra Taqanroq diviziyasının döyüşçüləri Məmmədov, Əhmədzadə, Berejnoy, Andreyev, leytenant A.Məcidovun rəhbərliyi altında buraya Qələbə bayrağını sancdılar. Lakin marşal Jukov deyir ki, Qələbə bayrağını Berlinə rus əsgəri sancmalıdır və bunun üçün nə lazımdırsa, dərhal edilsin.

Bundan sonra ora hərbi müxbir, fotoqraf Yevgeni Xaldeyin getməsini əmr edirlər. Həmin bayraq sancılan yerə gələn rus zabiti azərbaycanlı hərbçiləri çağırır və hamının gözü qarşısında Məmmədovu güllələyir, digərlərini isə hədələyir. Bu zaman Taqanroq diviziyasına azərbaycanlının gülləndiyi barədə məlumat verilir. Bunu eşidən diviziyanın bir zabiti hadisə yerinə gəlib, Məmmədovu güllələyən rusun ayağı altına qumbara atır və onu partladır. Daha sonra həmin zabiti dərhal tutub, Sibirdə ən soyuq yerdə həbsxanaya atırlar”.

Bundan sonra Jukovun arzusu reallaşır və rus əsgəri Aleksey Kovalyov Reyxstaq üzərində Qələbə bayrağını “ilk dəfə” sancır. Xaldey bir neçə cəhddən sonra bu anı çəkə bilir və məhz həmin fotonun yayılmasına izn verilir.

Marşal Jukov və Stalin bu yolla qəhrəman azərbaycanlıların qəhrəmanlıqlarını arxa plana atırlar. Onlar daha əvvəllər də bu siyasətlərini davam etdirdikləri üçün savaşda 600 minə qədər vətəndaşı döyüşən Azərbaycanın bir çox oğlu Sovet İttifaqı Qəhrəmanı adını ala bilmir.

Lakin SSRİ-nin etdiyi bu səhvi onun xələfi təkrarlamır. Bu gün rusiyalı tarixçilər, tədqiqatçılar Berlinə ilk olaraq azərbaycanlıların daxil olub, Qələbə bayrağını sancdıqlarını etiraf edirlər. Hətta bu barədə Rusiyanın NTV kanalında nümayiş olunan intellektual verilişlərin birində də bəhs edilib.

İştirakçılara azərbaycanlıların Böyük Vətən müharibəsi zamanı göstərdikləri şücaətdən bəhs edən sual təqdim olunub: “1945-ci il mayın 2-də leytenant Məcidovun rəhbərliyi ilə dörd döyüşçü məhz bunu edib” sualına iştirakçılardan biri dərhal bu cavabı verib:

“Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağı sancıblar”.

Bundan başqa, Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxışında bu sözləri demişdi:

“Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada – Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı”.

Sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağını ilk olaraq azərbaycanlıların sancdığı faktı dəyişməz olaraq qalır.

Tarix
2019.05.02 / 22:21
Müəllif
Aqşin
Digər xəbərlər

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla