Yuxarı

Nəsimi dərisi soyularkən nə deyib? - Alim

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsa əl-Məsih haqqında ibrani mənbələrinin əksəriyyətində onun edamı bu cür ardıcıllıqla gedir: edam olundu, çarmıxa çəkildi. Amma heç kəs söz sırasını əsas tutub, “İsa əvvəl öldürülüb, sonra çarmıxa çəkilib” demir. Bu absurd bir iddia olardı. Biz hərfi mənadan yapışıb düşünməməliyik ki, İsa əvvəl edam olunub, sonra çarmıxa çəkilib, eləcə də Nəsimi öldürülüb, sonra dərisi soyulub.

Kult.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının professoru, filologiya elmləri doktoru Aida Qasımova Teleqraf.com-un “Brifinq” layihəsində Nəsiminin edamı ilə bağlı danışakən deyib.

A.Qasımova bildirib ki, Nəsimi təkcə şair deyil, həm də bir əzabkeşdir. Əzabkeşlik dinlər tarixində çox böyük yer tutur. Əzabkeş olmağın isə özünün xüsusi məqamı var:

“Səhv etmirəmsə, Nəsiminin dərisinin soyulması kimi mübahisəli mülahizəni ədəbiyyatşünaslığımıza Qəzənfər Paşayev gətirib. Nəsimişünaslıqda böyük xidməti olan Qəzənfər müəllim, yəqin ki, bu məsələyə münasibət bildirəcək.

Nəsimi niyə bu qədər məşhurdur, insanlar nəyə görə əsrlər boyu onu sevir? Ona görə ki, o əzabkeş olub. İsa Məsih də əzabkeşdir. İsa peyğəmbər haqqında Quranda deyilir ki, onu öldürmədilər, çarmıxa çəkmədilər. Amma məntiqlə yazılmalı idi ki, çarmıxa çəkmədilər, öldürmədilər. İsa Məsih çarmıx əzabı çəkib, onun müqəddəsliyi birbaşa əzabkeş olması ilə bağlıdır.

Nəsiminin həyatını mükəmməl şəkildə araşdırdığımı söyləsəm, düzgün olmaz. Hər kəsin məşğul olduğu konkret sahələr var. Mən ərəbşünasam və əsas sahəm də klassik ərəb ədəbiyyatıdır. Bununla belə, bu məsələ ilə maraqlandım və gördüm ki, həqiqətən də bəzi ərəb mənbələrində şairin qətli barədə “boynu vuruldu, dərisi soyuldu və çarmıxa çəkildi” yazılır. Bu əl-Asqalanidə belədir və ərəb mənbələrinə xas təkrarçılığı xatırlasaq, əl-Asqalanidən təsirlənən tarixçilərin də onun mətnini olduğu kimi təkrarladığını görərik. (Sibt əl-Əcəmidə isə Sultan Müəyyədin fərmanında deyilir ki, dərisi soyulsun, sonra yeddi gün Hələbdə cəsədi car çəkilib nümayiş etdirilsin. Gördüyümüz kimi, bu, bir qədər fərqli xəbər olub dərisi soyulmaqla edam edilməni nəzərdə tutur).

Quranda da İsa ilə bağlı bu cür sıralanma var. İsa Məsih haqqında ibrani mənbələrinin əksəriyyətində onun edamı bu cür ardıcıllıqla gedir: edam olundu, çarmıxa çəkildi. Amma heç kəs söz sırasını əsas tutub “İsa əvvəl öldürülüb, sonra çarmıxa çəkilib” demir. Bu absurd bir iddia olardı. Biz hərfi mənadan yapışıb düşünməməliyik ki, İsa əvvəl edam olunub, sonra çarmıxa çəkilib, eləcə də Nəsimi öldürülüb, sonra dərisi soyulub.

Çünki sami dillərinin, eləcə də ərəbcənin öz qaydaları var. “Və”, yəni “vav” bağlayıcısını İbn Mənzurun “Lisan əl-ərəb” kitabında axtardım. Orada VIII əsr ərəb dilçisi Fərranın “vav”la “fə” bağlayıcılarının fərqi ilə bağlı fikrinə rast gəldim. Vurğulayır ki, “fə” bağlayıcısı yazılanda ardıcıllıq gözlənilir, “vav” olanda isə ardıcıllıq gözlənilmir. Fikir “vav”la bağlananda hərəkətin ardıcıllığı pozula bilər. Digər tərəfdən, “vav”ın bir mənası da “ilə”dir. Mənim fikrimcə, Nəsiminin dərisi soyulub, sonra qətlə yetirilib”.

A.Qasımova bildirib ki, apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, Nəsimi hətta dərisi soyularkən muvaşşah şeirləri deyib:

“Mən sonra başqa müəlliflərin, Şəraninin əsərini tapdım. Bu, sufizm mövqeyindən yazılıb, İbn Ərəbi tərəfdarlarına və onların kitablarına qarşı olan terrordan bəhs edən əsərdir.

Orada Nəsimidən də danışılır və ona olan məhəbbət özünü göstərir. Şərani yazıb ki, Nəsimi hətta dərisi soyularkən muvaşşah (qəsidə tipində şeir forması) da deyib. Təbii ki, bu hissə uydurula da bilər, amma bir məqam da var: dərinin soyulması Hələbdə, qədim Assuriyada əsas edam növlərindən biri olub. Bəşər tarixində bu dəhşətli edama məruz qalanlar olub. İsa Məsihin həvarilərindən olan Vorfolomey də bu üsulla qətlə yetirilib. Bu barədə Mikelancelonun çəkdiyi bir tablo da var. İsa Məsihin həvarilərindən olan Vorfolomey barədə daha bir faktı şərqşünas Vüqar Qaradağlıdan öyrəndim. Dedi ki, Vorfolomey Bakıda qətlə yetirilib”.

Professorun sözlərinə görə, bu sahədə də apardığı araşdırma zamanı maraqlı faktlar üzə çıxarıb. Belə ki, axtarış zamanı məlum olub ki, ermənilər bəzi mənbələrdə Bakını qədim erməni şəhəri kimi göstəriblər:

“Axtarış apardım, bu zaman qarşıma başqa bir məlumat çıxdı; ermənilər yazır ki, Vorfolomey ermənilərin qədim şəhəri Albanipolisdə, Albaniyanın paytaxtında, indiki Bakıda öldürülüb.

Yeri gəlmişkən, ermənilərin fantaziyasına, həyasızlığına baxın ki, Bakını qədim erməni şəhəri kimi qələmə verirlər. İkincisi, onların albanlarla nə əlaqəsi ola bilər?! Ağ bənizli, sarışın, mavi gözlü, uca boylu albanlar hara, ermənilər hara?”

Tarix
2019.05.08 / 10:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla