Yuxarı

AXC məşhur ingilis generalı necə şoka saldı? - Alim

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
AXC məşhur ingilis generalı necə şoka saldı? - Alim

Azərbaycan Xalq Cümhuriyyəti bütün təzyiq və təhdidlərə baxmayaraq, 23 ay ayaq üstə dayanmağı bacardı və qurulduğu gündən xalqın mənafeyinə şərəflə xidmət etdi.

Bu sözləri Kult.az-a Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi barədə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.

O bildirib ki, hətta indi də Avropada Cümhuriyyətimizin modeli heyranlıqla xatırlanır:

“Bu dövlət elə bir vaxtda yaradıldı ki, heç kim onun qurulmasını istəmirdi. Əksər qonşu dövlətlər AXC-nin qurulmasına mane olmağa çalışırdı. Onlar hesab edirdilər ki, Cənubi Qafqazda bir türk dövlətinin qurulmasına ehtiyac yoxdur. Bütün bunlara baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə çox çətinliklə də olsa, Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Qısa zamanda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi iclasda hökumət quruldu və vəzifələr aşağıdakı qaydada bölüşdürüldü:

Fətəli Xan Xoyski - Nazirlər Şurasının sədri, Behbud xan Cavanşir - daxili işlər naziri və ticarət və sənaye naziri, Əlimərdan bəy Topçubaşov - xarici işlər naziri, Məmmədhəsən Hacınski - maliyyə naziri”.

Zaur Əliyev vurğulayıb ki, Cümhuriyyət fədailəri qısa zamanda yoxdan bir dövlət və ən əsası təhsil sistemi yaratdı:

“Bununla yanaşı, qısa zamanda böyük bir ordu yaradıldı. Azərbaycana nəzarət üçün təyin olunan general Tomson öz qeydlərində yazır ki, “necə ola bilər, qısa zamanda belə dövlət qurulsun?!” Hətta ingilis zabitlər də yazırdılar ki, “biz belə qısa müddət ərzində rüşvətsiz, korrupsiyasız dövlət qurulduğunu görməmişik, nazirlər bu dövlət üçün canını ortaya qoyur”.

AXC ordusu 23 ay ərzində nəinki Qarabağı, hətta Zəngəzur belə ermənilərdən təmizlədi. Azərbaycan ordusu əzəli torpaqlarını geri qaytarmışdı, ermənilərin əlində təkcə İrəvan qalmışdı”.

Zaur Əliyev qeyd edib ki, AXC-nin qurulması xalqımızın azadlıq və müstəqillik eşqinin yenidən alovlanmasında müstəsna rol oynayıb.

Tarix
2019.05.28 / 13:44
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla