Yuxarı

Səfəvilər fəlakət tariximizdir... - Fazil Mustafadan cavab

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfəvilər fəlakət tariximizdir... - Fazil Mustafadan cavab

Ara-sıra sosial şəbəkədə, müxtəlif dövrlərdə mətbuatda yayımlanmış müsahibələrimi bəzi dostlarımız paylaşırlar.

Biz fikirlərimizi açıq şəkildə danabaşlara, nadanlara rəğmən söyləməkdən çəkinmədiyimizdən, bu cür paylaşımlara da normal yanaşırıq.

Kult.az məlumat verir ki, bu sözləri deputat Fazil Mustafa Feysukda yazıb.

O, əlavə edib: “Bu müsahibələrdən biri də "Səfəvilər bizim fəlakət tariximizdir" adlı bir sözümüzdür və ona rəy yazanların içində xalq hərəkatından tanıdığım Xaliq Bahadır profil adı diqqətimi çəkdi.

Hamını xain, satqın obrazında görən bu psixikası pozuq özünü inandırıb ki, Azərbaycanda istiqlal mücadiləsinin öncüllərindən biridir və azadlığımızın inhisarçılığı da məhz ona məxsusdur.

Maraqlı olan başqa bir məsələdir: "Səfəvilər bizim fəlakət tariximizdir" ifadəsinin müəllifi böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğludur və türklərin 16-cı əsrdə Bakını Səfəvilərin işğalından azad etməsini birinci qurtuluş hadisəsi kimi qiymətləndirən də böyük öndərimiz Məhəmmədəmin Rəsulzadədir.

Mən də tarixə baxışımda əsas istinad mənbəyi kimi onları götürürəm və mövqelərini haqlı sayıram. Xaliq Bahadır yazılarında ağızdolusu Rəsulzadədən, Ağaoğlundan danışır, ancaq məlum olur ki, onların düşüncələrindən qətiyyən bir şey anlamayıb.

Bu saxta millətçilərin beyinlərinin içində ağıldan daha çox qum dənələri yerləşmiş sanki... Türk vücudu, fars düşüncəsi - böyük xalq hərəkatımızdakı bir çox tanınmış insanların özəlliklərindən biri də təəssüf ki, bu olmuş...”

Tarix
2019.06.22 / 13:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla