Yuxarı

İstefa verməyə hazırlaşıram, gücüm çatmır - Eldarov

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstefa verməyə hazırlaşıram, gücüm çatmır - Eldarov

Azərbaycanın Milli Qəhrəman Albert Aqarunovun abidəsinin ideya müəllifi xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

Kult.az xəbər verir ki, bu barədə heykəltəraş Apa-ya müsahibəsində deyib. O bildirib ki, Milli Qəhrəmanın abidəsini hazırlayan Rahib Qarayev və Zamik Rzayev onun tələbələri olub:

“Rahib Qarayev və Zamik Rzayev istedadlıdır. Hər il iki-üç nəfər bu cür istedadlı gənc çıxır, mən də çalışıram ki, Akademiyada onlar üçün iş yeri yaradım.

Albertin komandiri Akademiyaya gəlib mənə dedi ki, biz istəyirik Albert üçün büst düzəldəsiniz. Mən ona dedim ki, düzəldərik, ancaq büst yox, abidə. Qoy, şəhərimizdə Milli Qəhrəmanımıza abidə ucaldılsın. Bundan sonra vəsait ayrıldı. Ancaq o vəsait heç heykəlin materialının alınmasına çatmadı. Mən bu uşaqları çağırdım. Dedim, heykəli bunlar işləyəcəklər. Amma mən ideya verdim ki, böyük abidə olsun, tank və qaya olsun, bir də qəhrəmanın öz fiquru görünsün. Mən necə dedimsə, onlar da eskizi o cür hazırlayıb gətirdilər. O işə əlimi də vurmamışam, sadəcə, ideya vermişəm. Demirəm, mən müəllifəm. Ümumiyyətlə, götürsək, dünyada belədir ki, ideya verən müəllif, düzəldən icraçı sayılır. Ancaq bu, mənə lazım deyil. Mənə lazımdır, bütün şəhərimiz görsün ki, bizim heykəltəraşlarımız var və onlara iş versinlər. Siz görəcəksiz, necə gözəl abidə olacaq!”

Ö.Eldarov heykəltəraşlara öz cibindən qonorar ödədiyini qeyd edib:

“Heykəlin hazırlanmasına ayrılan vəsait heç material alınmasına çatmadı. Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim”.

Müsahibə zamanı xalq rəssamı Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən istefa verəcəyini də açıqlayıb:

“Daha rektor işləmək istəmirəm. Artıq bu barədə lazımı yerlərə məlumat vermişəm. Gözlərim görmür, eynəklə də görmür. Hər gün on-on beş sənədə qol çəkirəm, vəssalam. Çətindir”.

Tarix
2019.09.06 / 18:01
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla