Yuxarı

Rafael Cəbrayılov rüsvayçılığı: özünü necə ifşa etdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün istefa verən millət vəkili Rafael Cəbrayılov mətbuat konfransı keçirərək, özünü rüsvayi-cahan etdi.

Yaxın oturun, görün nələr var, nələr....

Əslində, artıq sabiqə çevrilməkdə olan deputat mətbuat konfransında deputat ola-ola biznes qurması, deputat vəsiqəsini girov qoyub, külli miqdarda borc götürməsi və “batması” barədə video-sübutları “malalamağa” çalışırdı, ancaq özü də bilmədən şəxsiyyəti haqda dəhşət doğuran faktları açıqladı.

Əvvəla, Rafael Cəbrayılov borc məsələsinin qardaşı ilə bağlı olduğunu iddia etsə də, yayılmış videolar bunu təkzib edir. O, borc verdiyi adamlarla söhbətində də bunu vurğulayırdı və deyirdi ki: “Borcu qaytarandan sonra sən mənimlə dost olacaqsan”.

Üstəlik, onun deputat vəsiqəsini girov qoyması ilə bağlı sənədlər də mətbuatda yayıldı.

Yəni yoldaş Cəbrayılov, heç burcutmağa lüzum yoxdur, bu, sizin şəxsi borcunuzdur!

“Yoldaş” sözünü isə təsadüfən işlətmədik. Mətbuat konfransında R.Cəbrayılovla bağlı daha bir sensasion fakt üzə çıxdı. Adam rəsmən elan etdi ki, mən əqidəmi dəyişən adam deyiləm, hələ də kommunist biletimi saxlayıram, Mirzə Cəlil demişkən, “bəlkə də qaytardılar”.

Nəyi qaytardılar, yoldaş Cəbrayılov? Kommunist Partiyasını?!

Sən demə, müstəqil Azərbaycanın deputatı R.Cəbrayılov SSRİ-nin, Kommunist Partiyasının qayıtması, ölkəmizin işğalı arzusu ilə alışıb-yanırmış.

Demə, Rafael Cəbrayılov Azərbaycanı işğal edən, repressiya illərində ziyalılarımızı, aydınlarımızı güllələyən, sürgün edən, ölkənin təbii sərvətini talayan, 20 Yanvar qırğınının törədən, Qarabağın işğalında rol oynayan Kommunist Partiyasının aşiqi imiş.

Axı, bu cür işğalçı, düşmən təfəkkürlü bir insan müstəqil Azərbaycanın Milli Məclisinə necə düşüb? Hələ də bolşevik biletini ütüləyib-saxlayan biri hansı haqla bu ölkənin millət vəkili olub?

Adam “doğma Lenini”ndən sitat çəkir, deyir ki, əqidəsini dəyişənlər siyasi fahişədir.

Bu, necə xəstə təfəkkürdür axı? Əvvəla, hər kəs düşüncəsini, siyasi əqidəsini dəyişə bilər. Belə bir maraqlı fikir var: Düşüncələrini dəyişməyənlər dəlillər və ölülərdir. Yəni bir insanın siyasi əqidəsini dəyişməsi çox təbii bir şeydir.

İkincisi, Azərbaycanın çörəyini yeyən, bu ölkənin deputatı olan biri Bakının işğalı əmrini verən Lenindən siyasi sitat gətirməsi hansı məntiqə sığır?

Ən gülməli və heyrətləndirən məqamlardan biri də Rafael Cəbrayılovun Heydər Əliyevlə bağlı dedikləridir.

“Heydər Əliyev kursuna sadiqəm və hazırda da Prezident İlham Əliyevin siyasi kursuna xidmət edirəm”.

Debilizmin, insan həyasızlığının miqyasına baxın: R.Cəbrayılov həm bolşevizmə vurğundur, bolşevik biletini saxlayır, həm də Heydər Əliyev yoluna sadiq qaldığını deyir.

Xatırladım ki, Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının, yəni Lenindən utandığı üçün siyasi fahişəliyi yaxın buraxmadan bolşevik biletinə sədaqətini nümayiş etdirən Rafael Cəbrayılovun qardaşlarının Bakıda törətdiyi qətliamın ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş və Kommunist Partiyasının sıralarını tərk etmişdi.

Azərbaycanın ən böyük ziyalıları ölkənin işğalına, bolşevik qətliamlarına, Qarabağ konfliktini yaratmasına görə Kommunist Partiyasının biletlərini kültləvi halda tonqalda yandırırdılar.

Ancaq xalq meydanlara çıxıb. bolşevik biletlərini yandırıb, ölkənin azadlığı, müstəqilliyi uğrunda mübarizə aparanda Rafael Cəbrayılov kommunist biletini yastığının içində və ya harasındasa gizlədib-əzizləyib-qoruyurmuş. Hətta günümüzə qədər də qoruyub.

Adam “bitərəfəm” deyir. Gözünün içinə qədər yalan deyir. Kommunist Partiyasının biletini əzizləyib qoruyan, müstəqil Azərbaycanın deputat vəsiqəsini girov qoyan adam özünü “bi-tərəf” sözündə deyil, “bi” sözünü şəkilçisinin qoşulduğu başqa sözlərdə axtarmalıdır.

Adam başdan-başa bolşevikdir. Baxın, deyir ki, “kasıb ailədə böyüyən uşaqlar daha yüksək mənəvi keyfiyyətlərə sahib olurlar, nəinki milyonların içində böyüyən uşaqlar”.

Bir o qalır ki, adam “Bütün dünyanın proletarları, birləşin” desin!

Müstəqil Azərbaycanın yüksək vəzifə daşıyanları içərisində də, müxalifətində də, ziyalıları içində də imkanlı ailədə böyüyən uşaqlar çoxdur. Sən hansı meyarla mənəvi baxımdan onlardan üstünsən? Deputat vəsiqəni girov qoymağına görə?

Bütün bunları ümumiləşdirəndə aydın olur ki, R.Cəbrayılovun beyni “zədəli” və zərərlidir. Nə yaxşı ki, bu borc skandalı üzə çıxdı və Azərbaycan bəlkə də böyük faciənin eşiyindən döndü.

Bu adam sovet ideologiyasının mənsubudur. “Kommunist biletimi saxlayıram, bəlkə də qaytardılar” demək Bakıya tank yeritmək, insanlarımızı gülləbaran etmək və ziyalılarımızı sürgünə göndərmək arzusudur.

Rafael Cəbrayılovun bu çıxışında cinayətə, işğala çağırış var.

Belə insanın nəinki hansısa vəzifəni tutması, hətta ölkədə qalması belə zərərlidir.

İki Azərbaycan vətəndaşı – qadınına, xanımına 600 min dollar “atan” bolşevik Rafael Cəbrayılov bolşevik liderlərinə sədaqətli xidmət üçün 600 min azərbaycanlını da başından ata bilər – naqanla!

Tarix
2019.10.01 / 11:39
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla